Quranda qadına şiddət yoxdur

Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin tərcümeyi-halında qadın haqqında belə yazır:

“Sizinlə maraqlanacaq biri, İTDƏN daha yaxşı biri, ev işlərini görən biri”. (Çarlz Darvin, 1809-1882, ingiliscəsində səhifə: 232)

Darvinin qadınları aşağı növ kimi görməyinin səbəbi təbii seleksiyaya inanmağıdır. Bir çox darvinist elm adamı qadınların əqli və bioloji yöndən kişilərdən aşağı olduğunu, müharibə, rəqabət, yemək əldə etmə kimi şeylərdə təbii seleksiyanın tələbi olaraq kişilərin qadınlardan daha çox təkmilləşdiyini qəbul edir.

Təkamülçü elm adamı Con R. Durant irqçilik və cinsi ayrı-seçkiliyin təkamül nəzəriyyəsinin ən əhəmiyyətli iki nəticəsi olduğu qənaətinə gəlmişdir. (John R. Durant, “TheAscent of Nature in Darwin’s Descent of Man” in The Darwinian Heritage, Ed. by David Kohn, (Princeton, NJ: Princeton University Press, 1985), səh.295)

Hazırda qadına qarşı zorakılığın kökündə darvinist düşüncəyə əsaslanan təhsil dayanır. Qadına təcavüz edib, bədənini dəfələrlə bıçaqladıqdan sonra yandırmağın mənbəyi darvinist təhsildir. Qadını əşya kimi görən bu düşüncə onu öldürməkdən də çəkinməz. Çünki bu düşüncə qadına ruh sahibi yox, əşya kimi baxır.

Halbuki, insan Allah’ın yaratdığı və ona ruhundan üfürdüyü varlıqdır. Bu səbəbdən, heyvanlardan fərqli olaraq sevgi, şəfqət və hörmət kimi duyğulara malikdir.

Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. (Rum surəsi, 21)

Rəbbimiz Quranda qadınları bir çiçəyə bənzətmişdir:

Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi. (Ali-İmran surəsi, 37)

Quran əxlaqında kişi və qadın arasında heç bir fərq yoxdur. Allah Quranda kişi və qadınların üzərinə bərabər məsuliyyət qoymuş, onların hər birini eyni dərəcədə məsul tutmuşdur. Bir insanı Allah qatında üstün edən qadın və ya kişi olması deyil, Allah qorxusu, Allah’a olan dərin sevgisi və gözəl əxlaqıdır:

Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124)