Qurana əsasən, dəstəmaz üçün ayaqları məsh etmək kifayətdir

Quranın kafi olmadığını iddia edən xurafatçı düşüncədə Qurandan kənar qaynaqlar dinin hökm qaynağı zənn edildiyi üçün hər mövzuda olduğu kimi, ayaqların məsh edilməsi mövzusunda da bu günə qədər insanlara ayaqların yuyulmasının lazım olduğu təlqin edilmişdir. Halbuki Qurandakı təsvir açıq-aydındır və buna görə ayaqların məsh edilməsi kifayətdir…

Musəvilər lənətli deyil

İlk öncə “musəvilər lənətlidir” kimi bənzətmə Allahın ədalətinə və yaratdığı dinə heç uyğun deyil. Birincisi,  musəvilik haqq dindir və müsəlmanların da peyğəmbəri sayılan hz.Musaya (əs) endirilmişdir. Allah Quranda musəviliyin və musəvilərin mövcud olduğunu bildirmiş, səmimi musəviləri tərifləmiş və Qurana görə müsəlmanlara bütün kitab əhlini sevməyi və onları qorumağı tapşırmışdır: İman gətirənlərin, habelə yəhudi, sabii və…

Quranda kitab əhlinə mərhəmət

İslam sülh, sevgi və mərhəmət dinidir. Lakin dövrümüzdə bəzi çevrələr İslamı yanlış imiclə tanıtmağa çalışırlar. Yer üzünü sülh və əmin-amanlıq yurduna çevirməyi əmr edən İslam dinini tam əksinə göstərməyə çalışan bu çevrələr digər dinlərin mənsubları ilə İslam dini arasında uyğunsuzluğun mövcud olduğunu göstərməyə çalışırlar. Halbuki İslamın Quranda kitab əhli kimi adlandırılan yəhudi və xristianlara qarşı…

Qurana əsasən, oğrunun əli kəsilmir, həbs edilir

Quranda indiyə kimi bilinənin əksinə olaraq, oğrunun əlinin kəsiləcəyinə dair hər hansı bir hökm yoxdur. Qurana görə oğru oğurladıqlarının tam qarşılığı qədər həbslə cəzalandırılır. Bu cəza Qurandakı “cəmiyyətlə əlaqələrini kəsin” əmrinin qarşılığıdır. Oğru əgər ehtiyacı və acizliyi üzündən oğurlayıbsa, buna uyğun cəza verilir (qısa müddətli həbs kimi). Lakin oğru bu işi sistemli və təşkilatlı şəkildə…

Quranda açıqlanmayan hər şeyi Allah halal etmişdir

Quranda haramlar açıq şəkildədir. Allah Quranı iman edənlərə rəhbər göndərmiş və qadağan olan şeyləri əskiksiz bildirmişdir. Ona görə də məsul olduğumuz hökmləri ancaq Qurandan öyrənə bilərik. Sizə (bütün durumlarınızı ehtiva edən) zikrinizin içində olduğu bir kitab nazil etdik. Məgər başa düşmürsünüz? (Ənbiya surəsi, 10) Bu ayədə Quranın hər şeyi təfsilatı ilə açıqladığını görürük. Bəyənmədiyimiz bəzi…

Dəstəmazı ancaq tualet ehtiyacı və cinsi əlaqə pozur

Qurana görə dəstəmaz yalnız NAMAZ qılmaq üçündür. Dəstəmazı pozan şeylər ancaq tualet ehtiyacı və cinsi əlaqədir. Lakin Qurandan kənar qaynaqlara görə, həm dəstəmaz almağın lüzum etdiyi hallar və həm də dəstəmazı pozan şeylər çoxdur. Allahın bildirmədiyi hökmlərdən başqa dinə hər hansı bir hökm əlavə etmək müşriklərə xas xüsusiyyətdir. Dəstəmazı pozan şeylər Quranda tam açıq şəkildə…

Qurana əsasən, cihad savaş deyil

İslamda cəhd etmək qarşı tərəfi məlumatlandırmağa, gözəl əxlaqı öyrətməyə, insanları pis işlərdən uzaqlaşdırmağa çalışmaqdır. Cihad adı ilə qətliam törədənlər Qurana görə davranmırlar. Ənənəvi inancda bir çox anlayış kimi, cihad məfhumu da fərqli şəkildə şərh edilir. Quranda “qıtal” və “hərb” sözlərindən savaşı ifadə etmək üçün istifadə edilir və cihad məfhumu “cəhd etmək”, “çalışmaq” mənasında işlədilir. Cihad…