Quranda baş örtüyü deyil, cilbab təsvir olunur

Cilbab çöl paltarı deməkdir. Qadın bunu getdiyi mühitə görə müəyyən edir. “Nur” surəsinin 31-ci ayəsi müxtəlif təfsirçilərin məcburi izahları və bir qisim uydurma hədislərin təsiri ilə baş örtüyü mövzusu üçün dəlil kimi istifadə edilir. İçində “baş örtüyü” kəlməsinin keçmədiyi, baş ilə əlaqədar heç bir məlumatın verilmədiyi və açıq şəkildə sinənin örtülməsini təsvir edən ayənin necə…

Qurana əsasən, ölüyə Quran oxunmaz

Quranın müsəlmanların həyatından uzaqlaşıb evlərdə divardan asılan və əl vurulmayan kitaba çevrildiyini görürük. Allah “Furqan” surəsinin 30-cu ayəsində Peyğəmbərimizin (səv) dilindən bu mövzuya diqqət çəkir: Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 30) Hazırda müsəlmanların Quranı yalnız qəbir ziyarətlərində və təziyə günlərində oxuması ənənəyə çevrilmişdir. Halbuki Quran müəyyən günlərdə oxumaq üçün…

Peyğəmbərimizin aclıqdan qarnına daş bağlaması yalandır

Peyğəmbərimiz kasıb deyildi. Allah ona çoxlu mal-mülk vermişdi. Peyğəmbərimizlə əlaqədar nəql edilən rəvayətlərin bir çoxunu hamımız eşitmişik. Bunlardan biri də bu daş bağlamaq məsələsidir. Bu rəvayət həm Quran ayələrinə ziddir, həm də səhabələrə bir növ təhqirdir. Bu rəvayət Peyğəmbərimizi nə yüksəldir, nə də bunun ona bir faydası var. Bu rəvayətdən belə görünür ki, Allahın peyğəmbəri…