İslamı vəhşilik dini kimi göstərənlərin əsaslandığı iki təməl anlayış

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” dedi. (Furqan surəsi, 30) Həqiqətən də, bu gün İslam aləminin böyük hissəsinin problemi Quranı tərk etmələridir. Müsəlman üçün təkcə Quran kifayətdir. Hədislər Qurana uyğun gəldikdə doğru və etibarlıdırlar. Qurana zidd hədisin İslam dinində yeri yoxdur. Əgər bir müsəlman İslam dininin hökmlərini Quranda tapa bilmirsə, deməli, o, başqa…

Namaz hz.Muhəmmədən əvvəl də bilinən ibadət olub

Bütün peyğəmbərlər İslam peyğəmbəridir və namaz indi olduğu kimi, Qurandan öncəki ümmətlərə də fərz edilmişdi. Bunun nümunələrini aşağıdakı ayələrlə göstərmək olar: Hz.İbrahim dövründəki namaz: Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim). (İbrahim surəsi, 37) Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim surəsi, 40) Hz.İsmayıl dövründə…

İslam özünə əziyyət etmə dini deyil

Rəbbimizin lütfü olaraq İslam dini insanlara asan, rahat və gözəl həyat təqdim edir. Quran ayələri İslam dinin çox asan olduğunu göstərir. Bu, bizə “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilir. Din əxlaqının həyatı çətinləşdirdiyi düşüncəsi şeytanın oyunudur. Tarix boyu din əxlaqını dəyişdirmək istəyən və bu üstün əxlaqın yaşanmasını…

Dini yalnız Qurandan öyrənmək islahat deyil, dinin özünə dönməkdir

Dini Qurandan öyrənmək, ibadətləri ancaq Quran əsasında etmək islahat deyil, dini yalnız Allaha aid edib Onun razı olduğu yolu, yəni Quran yolunu mənimsəməkdir. Məzhəblərə bölünmə, adət-ənənələrin və bidətlərin dinə əlavə edilməsi, mistik mədəniyyətlərin təsəvvüf  anlayışı ilə dinə müdaxiləsi və Quranı kafi görməmək, əslində, əsrlər öncədən başlayıb ta ki dövrümüzə qədər gəlməklə insanları dinin özündən uzaqlaşdırmışdır.…

Qurana görə, dindən çıxana cəza verilməz

De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. (Kəhf surəsi, 29) Bir insanın iman etməyi üçün bütün həqiqətlər göz önündədir. Rəbbimizin ayədə buyurduğu kimi, istəyən inanar, istəyən də inkar edər. Bir şəxs öncələr imansız olub sonra iman edə bilər. Yaxud da sonsuz gözəl həyatdan vaz keçib İslamdan təkrar üz döndərə bilər. Allah…

İslam dininin yeganə qaynağı Qurandır

Ənənəvi dini anlayışa malik olan çevrələr Quranın ortaya qoyduğu dini anlayışdan tamamilə fərqli olan, Quranı yetərli görməyən və dinin tam mənası ilə açıqlanması üçün İlahi kitabla yanaşı Peyğəmbərimizə aid olduğu iddia edilən və sayı milyonlara çatan rəvayətləri dinə əlavə etmişlər. Bu rəvayətləri öz düşüncələri əsasında seçən məzhəb imamları və onların irəli sürdüyü din anlayışı, haşa,…

Bütün zinət əşyaları halaldır

Qurana görə halal və haramları yalnız Allah təyin edir. Kişi və qadın olmasından asılı olmayaraq, zinət əşyalarından istifadə həm böyük nemət, həm də estetik baxımdan bir gözəllikdir. Allah bunları qadağan etməmişdir. Zinət taxmağın haram olduğunu iddia edən ürküdücü məntiq, əslində, xurafatçıların müsəlman kişiyə baxışını göstərir. Halbuki müsəlman bir kişi Allahdan qorxar. Haram olan hərəkətləri çevrəsində…

İslamda terror yoxdur

Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. (Maidə surəsi, 32) Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinin ziddidir; amansızdır, qan tökmək, öldürmək, acı çəkdirmək istər. Dolayısilə, bir terror aktının səbəbini axtaranda bunu dində deyil, dinsizlikdə axtarmaq lazımdır. Hadisənin kökünü faşist, kommunist, irqçi və…

Peyğəmbərin şikayəti

Müsəlmanların bir qismi saxta hədislərdən dolayı və bəzi “alim”lərin dinə əlavə etdiyi xürafələr səbəbi ilə Qurandan uzaqlaşmışdır. Saxta hədislər və bəzi alimlərin şəriət hökmləri əsasında Quranda olmayan hökmlər yayılmışdır. Bu hökmlər o qədər çətindir ki, bəziləri Quranı toxunulmaz kimi görürlər: “Qurana dəstəmazsız toxunmaq olmaz” xürafəsinə görə Quran oxumaq çətinləşdirilib Dəstəmazın Quranda tək bir ayədə açıq…