İslam dininin yeganə qaynağı Qurandır

Ənənəvi dini anlayışa malik olan çevrələr Quranın ortaya qoyduğu dini anlayışdan tamamilə fərqli olan, Quranı yetərli görməyən və dinin tam mənası ilə açıqlanması üçün İlahi kitabla yanaşı Peyğəmbərimizə aid olduğu iddia edilən və sayı milyonlara çatan rəvayətləri dinə əlavə etmişlər. Bu rəvayətləri öz düşüncələri əsasında seçən məzhəb imamları və onların irəli sürdüyü din anlayışı, haşa,…

“Quran yalnız ərəbcə oxunmalıdır”, -demək yanlışdır

Müsəlmanlar arasında Quranın yalnız ərəbcə oxunmasının doğru olduğuna  dair yayılmış bir fikir var. İnsanlar Quranı öz dillərində oxuduqda  Allahın əmr və qadağalarını anlamayacaqlarına inandırılıblar. Lakin  Qurani-kərim bütün dillərə tərcümə oluna bilər və insanlar öz dilində onu oxuyub başa düşə bilər. İslam dünyasına Quranın başqa dildə oxunmasının savabının az olması kimi yanlış fikir hakimdir. Allah Quranı…

Ən doğru yol Quran yoludur

  Quran bütün dünyaya rəhbərdir və insanları doğru yola çatdırır. Quranı rəhbər tutanlar ən doğru yola çatır. Şirk və küfrün qaranlığından çıxıb vicdan və əxlaqın aydınlıq yoluna girmək ancaq Allahın göstərdiyi Quran yolu ilə mümkündür. İnsan tutduğu yolun doğru olub-olmadığını Allah tərəfindən endirilən Quranı oxuyub araşdırmaqla görə bilər. Həqiqətən, bu Quran ən doğru yola yönəldir…