Qadınlar yarım varlıq deyil

Quranda qadın məsuliyyət baxımından kişi ilə eyni tutulur. Quranda xitab “mömin qadınlar və mömin kişilər” şəklindədir. Qurana görə qadının vəzifəsi Allah rizası üçün lazımi kimi elmi mücadilə aparmaq və Quran əxlaqını yaymaq üçün cəhd göstərməkdir. Qurandakı qadının təsviri xurafatçıların dünyasından tamamilə fərqlidir.

Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. (Ali-İmran surəsi, 195)

Ayədən də başa düşüldüyü kimi, qadın və kişi əməl baxımından tam bərabərdir.