Tatu (döymə) haram deyil

Allah bütün haram və qadağaları Quran vasitəsi ilə bildirmişdir. Buna görə, Quranda döymənin haram olduğuna dair heç bir hökm yoxdur. Dini bir mövzu haqqında hər hansı bir qənaətə gəlmək üçün o mövzuya müqəddəs kitabdan yanaşıb nəticə çıxarmaq lazımdır. İslamda halal və haramlar Quranda Allah tərəfindən bildirilmişdir. Allah haram etmədiyi bir şeyə halal deməz, insanların anlayışına buraxar. Ancaq haramları sayar və bunlara Quranda açıq və dəqiq şəkildə haram deyər. Quranda bildirilməyən bir hökmə haram demək müsəlmana yaraşmaz. Döymə mövzusu da Allah’ın haram etmədiyi bir mövzudur. İddia edildiyi kimi Peyğəmbərimiz (səv) tərəfindən qadağan edilməmişdir, çünki nə rəsulun, nə məzhəb imamlarının, nə də bir başqasının Allah’ın hökmünə hökm əlavə etmək səlahiyyəti vardır.

“O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf surəsi 26)

Döymə dərinin altına düşdüyü üçün dəstəmaza da mane deyil. Əhəmiyyətli olan döyməni təmiz və təhlükəsiz etməkdir.

Zinətlər, gözəl ruzilər, nəşə, sevgi, sənət, rəqs, musiqi, əyləncə və s. kimi bütün gözəlliklərin Allah tərəfindən halal buyurulmasına baxmayaraq, xürafə məntiqinə əsasən, bunların hamısı qadağan edilmişdir. “Bu qadağaların qaynağı nədir?” –deyə soruşanda isə ya ənənələri əsas gətirirlər, ya da uydurma hədisləri sübut kimi göstərirlər. Halbuki Qurandan heç bir dəlil göstərə bilmirlər.

Musiqi, rəqs, əyləncə, sənət, rəsm, elm müsəlmanlara halaldır. Quranda bu gözəllikləri müsəlmanlara qadağan edən heç bir hökm yoxdur. Onsuz da bunların hamısı nemət olaraq yaradılmışdır və əlbəttə, bu gözəlliklərə ən çox Allah aşiqləri layiqdir.