Musiqi dinləmək haram deyil

Zinətlər, gözəl ruzilər, nəşə, sevgi, sənət, rəqs, musiqi, əyləncə və s. kimi bütün gözəlliklərin Allah tərəfindən halal buyurulmasına baxmayaraq, xürafə məntiqinə əsasən, bunların hamısı qadağan edilmişdir. “Bu qadağaların qaynağı nədir?” –deyə soruşanda isə ya ənənələri əsas gətirirlər, ya da uydurma hədisləri sübut kimi göstərirlər. Halbuki Qurandan heç bir dəlil göstərə bilmirlər.

Musiqi, rəqs, əyləncə, sənət, rəsm, elm müsəlmanlara halaldır. Quranda bu gözəllikləri müsəlmanlara qadağan edən heç bir hökm yoxdur. Onsuz da bunların hamısı nemət olaraq yaradılmışdır və əlbəttə, bu gözəlliklərə ən çox Allah aşiqləri layiqdir.