Qurana əsasən, din çox asandır

Rəbbimizin lütfü olaraq İslam dini çox asan, gözəl və rahat həyat vəd edir. Quranı oxuyarkən İslam hökmlərinin çox asan olduğu görünür. Allah bizə bu müjdəni ayədə belə bildirir:

Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. (Bəqərə surəsi, 185)

Din əxlaqını yaşamağın çətin olduğu düşüncəsi sadəcə şeytanın təlqinidir. Tarix boyu insanları müxtəlif vasitələrlə dindən uzaqlaşdırmağa çalışanlar, dinin yaşanmasını əngəlləmək istəyənlər İslama xürafələr və dində çətinlik törədən hökmlər əlavə etməyə çalışmışlar. Bu əlavələr əsasında insanların din əxlaqından uzaqlaşmasına səbəb olmuşlar. Bu xürafələrdən ən geniş yayılanı, eyni zamanda, təhlükəli nəticələrə səbəb olanı isə dini yaşamağın çox çətin olmasıdır.

Halbuki Allahın Quranda bildirdiyi hökmlər din əxlaqını yaşamağın səmimi insanlar üçün çox rahat olduğunu göstərir.

İnsanı ən yaxşı tanıyan, ona şah damarından da yaxın olan Rəbbimiz din əxlaqını da insanın fitrətinə uyğun olaraq yaratmışdır. Allah Quranda bu həqiqəti belə bildirir:

Batildən haqqa tapınaraq üzünü Allahın FİTRİ OLARAQ İNSANLARA VERDİYİ dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, 30)

İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən ASAN olanı buyuracağıq. (Kəhf surəsi, 88)

And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?! (Qəmər surəsi, 17)

O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, BU DİNDƏ DƏ SİZİN ÜÇÜN HEÇ BİR ÇƏTİNLİK YARATMADI. (Həcc surəsi,78)

Qısaca, Quran hər yaşdan olan, müxtəlif mədəniyyətlərə sahib insanların rahat anlayacağı açıq-aydın bir öyüddür. Quran əxlaqı insanın fitrətinə uyğun olan tək həyat tərzidir.