Din Qurandan öyrənilir

Müsəlmanların məsuliyyət daşıdığı hökmlərin ən etibarlı və yeganə qaynağı Qurandır:

Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız. (Züxruf surəsi, 44)

Quranda ibadətlər haqqında hər şeyin yazılmadığını düşünən bəzi şəxslər Quranın hökmlərini (haşa) kafi görməmiş, özlərindən Quranla yanaşı, minlərlə qaynaq çıxarmışlar. Halbuki Allah Quranı iman edən qullarına yeganə rəhbər olaraq göndərdiyini ayələrlə bizə bildirir:

Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. (Bəqərə surəsi, 2)

Möminlərin uzaq durması gərəkən bütün şeylər Quranda açıq şəkildə bildirilmişdir:

Biz KİTABDA HEÇ BİR ŞEYİ NƏZƏRDƏN QAÇIRMADIQ. (Ənam surəsi, 38)

Biz tam yəqinliklə iman gətirənlərə AYƏLƏRİMİZİ AÇIQCASINA GÖSTƏRDİK. (Bəqərə surəsi, 118)

Biz AYƏLƏRİMİZİ anlayan bir camaat üçün belə MÜFƏSSƏL BƏYAN ETDİK. (Ənam surəsi, 98)

Allah bu Kitabı sizə TƏFƏRRÜATI İLƏ nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm? (Ənam surəsi, 114)

(Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi MÜFƏSSƏL İZAH EDƏNDİR. (Yusif surəsi, 111)

Bu qədər dəqiq ifadələrə baxmayaraq, hələ də Quranda dinə dair hər şeyin olmadığını demək səmimiyyətsizlikdir.

Yuxarıda yazılan ayələrdən dinin bütün təfərrüatı ilə Quranda olduğunu və Quranın heç bir şeyə ehtiyacının olmadığını görürük. Quranın heç bir şeyə ehtiyacı yoxdursa, bizim də Qurandan başqa kitablara ehtiyacımız yoxdur. Quran bizə özündən başqa tabe olacağımız ünvan vermir. Quran oxuyun və Qurana tabe olun. Dəyişməyən yeganə qaynaq Qurandır. Unutmayın!