Qurana əsasən, rəcm vəhşiliyi yoxdur

İslama görə, bir mövzunun əslini öyrənmək istəyiriksə, Qurana baxmalıyıq. Allah Quranı qoruyacağını və insanlardan istədiyi hər şeyi Quranda bildirdiyini xəbər verib.
Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, eşidəndir, görəndir. [Ənam surəsi, 115]
Buna görə də Qurandan kənar hər hansı bir hökm etibarsızdır. Hətta Quranda açıq şəkildə hökmü bildirilmiş bir mövzuda belə Qurandan kənar mənbəyə baxaraq hökm vermək İslama uyğun olmaz. Qurana görə, zinanın hökmü 100 çubuqdur. Bu səbəbdən, kiminsə zina ilə əlaqədar hökm uydurması Qurana qarşı çıxmaq sayılır. Rəcm müşrik ənənəsidir. Müşriklər İslamdan əvvəl də olub, din adından istifadə edərək qız uşaqlarını diri-diri basdıraraq özlərini təqvalı kimi göstərən insanlardır. İslam gəldikdən sonra ənənələrinin bir çoxu peyğəmbər tərəfindən ləğv edildiyi üçün narahat olan müşriklər Quranı dəyişdirə bilmədiklərindən peyğəmbərimizin rəcmi tətbiq etdiyinə dair rəvayətlər uydurublar. Hətta Quranın dəyişdirilə bilməyəcəyi haqqında ayələrin olmasına baxmayaraq, rəcmlə əlaqədar ayələrin keçi tərəfindən yeyildiyini söyləyiblər. İnanılmaz mənzərələri, tovuzquşlarını, pişiklərin sevimliliyini yaradan Allahın rəcm kimi bir cəzanı verməyəcəyi isə aydındır.
Əgər kimsə: “Kommunizmə görə əks düşüncədəki insanları öldürün”, -desə, kommunistlər: “Kapital kitabında belə bir şey yazılmıyıb”, -deyəcəklər. Cavab olaraq müsəlman: “Amma Stalin əks düşüncədəki insanları öldürdü”, -desə, əminim ki, kommunistlər: “O, Stalinin öz fikridir. Bu, Kapitalla əlaqəli deyil”, -deyəcəklər. Eyni şey rəcm üçün də etibarlıdır. Rəcm Quranda yoxdur və tətbiq edən varsa, o, həmin adamın öz anormallığıdır. İslamla əlaqəli deyil. Rəcm İslam ölkələrində yox, bir-birindən fərqli din və mədəniyyətlərdə tətbiq olunur. Bu da İslamla deyil, müşrikliklə, yəni xurafatçı sistemlə əlaqəlidir. Qısaca, rəcm müşrik adətidir və İslamla əlaqəsi yoxdur.
Quranda olmayan, amma hökmü baqi olan ayə kimi göstərilən RƏCM ayələri Allaha və Onun Rəsuluna qarşı atılmış böyük iftiradır. Allahın hökmləri Qurandadır. Quranda olmayan hökm İslami deyil. Bunu uyduranlara Cənabi Allah axirətdə ələm dolu cəza verər.

Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar! (Ənam surəsi, 21)