Müşriklər Quranı tərk edib rəvayətləri dinə çevirirlər

Quran hamının başa düşəcəyi sadə üsluba və bənzərsiz hikmətə malikdir. Buna baxmayaraq, Allaha və dinə qarşı səmimiyyətsiz olanlar Allahın bəyəndiyi İslamı deyil, rəvayətləri din olaraq qəbul edirlər. Bu düşüncəyə sahib insanlar dini qəsdən çətin göstərmək üçün özlərindən bir çox batil inanc və xürafə çıxarırlar. Qurandan xəbəri olan şəxslər isə bunların xurafat olduğunu bilib etibar etmirlər. Lakin Allahı və Quranı tanımayanlar cahillik üzündən bu xürafələrin təsirinə düşür, Qurana əsaslanmayan bu batil rəvayət dinini gerçək din zənn edirlər. Quranı oxumadıqları üçün Allahın seçib bəyəndiyi dinin gözəlliklərini görmürlər.

Rəvayət dini mənsublarının böyük əksəriyyəti Allahın bütün insanlara hidayət rəhbəri kimi endirdiyi Quranla heç maraqlanmırlar. Dinə aid mövzuları öyrənmək üçün yanlış qaynaqlara üz tutur, lakin Quran oxumurlar. Bu durum Quranda “Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək” (Furqan surəsi, 30) ayəsi ilə ifadə edilir. Halbuki dinin qaynağı Quran ayələri və Quranda əmr edilənləri ən gözəl şəkli ilə tətbiq edən Peyğəmbərimizin əməlləridir. Rəvayət dini mənsubları haqqında bir çox ayədə belə xəbər verilir:

İndi onların sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki onların içərisində elələri vardır ki, Allahın kəlamını dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər. (Bəqərə surəsi, 75)

De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” (Yunis surəsi, 31)

Həqiqətən, əgər sən: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti bilməz! (Loğman surəsi, 25)

And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə necə döndərilirlər? (Züxruf surəsi, 87)