Üzünü taraş edənə cəza verilməz

Din xürafələrə görə deyil, birbaşa Qurana görə yaşanır. Quranla ağıl iç-içədir və bir-birinə bərabərdir. Quran ağıllı olmağın yoludur. Ağılsızlığın nəticələrindən biri, şübhəsiz ki,  insanları dindən uzaqlaşdırmasıdır. Ağılsızlıq insana doğrunu yanlış, yanlışı isə doğru kimi göstərir. Bunu açıqlayan və dini Qurandan kənar qaynaqlardan öyrənən xurafatçılardan bəhs edən nümunə belədir:

“Quran oxuduqları halda, taraş olanları öldürün”. (4816- Buxari- Müslim –Müvətta- Nəsai – Əbu Davud)

Bu hədisin Buxari və Müslim kimi etibar görən və səhih hədislərin də yer aldığı qaynaqlarda olması buna bənzər saxta hədisləri xurafatçıların dünyasında daha əsaslı hala gətirmişdir. Əvvəla, Quran təmizliyin və baxımlı olmağın tərəfdarıdır. Dolayısilə, saqqalın -uzun və ya qısa- müxtəlif formalarda taraş edilməsi və baxımlı hala gətirilməsi Qurana tam uyğun təmizlik və baxım anlayışıdır. Lakin bununla yanaşı, saqqalın taraş edilməsi ilə əlaqədar Quranda TƏK BİR HÖKM BELƏ keçmədiyi halda uydurma hədis yolu ilə belə bir hökmün əlavə edilməsi çox təəccüblüdür.

Bu hökmə görə müsəlman kişilərin haradasa 80%-inin öldürülməsi gərəkir. Əlbəttə, gerçək İslam anlayışında belə bir şey mümkün deyil.

 “Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür” (Maidə surəsi, 32) -deyən gözəllər-gözəli dinimizdə saqqal kəsdiyi üçün bir insanın öldürülməsinin mümkün olmadığı çox aydındır.

Bu mövzuda Quranda bir ayə belə olmadığı halda, bunu bəhanə edib öldürməyi haqlı göstərmək necə mümkündür? Quran ağıllı olmağın bələdçisidir.

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)