Quranda idarəetmə cinsiyyətə görə deyil, təcrübəyə görədir

Cəmiyyəti qarışıqlığa və sonra da məhvə sürükləyən əsas problemlərdən biri əmanəti əhlinə verməməkdir. Əmanət bir cəmiyyətdə görüləsi fərdi və ictimai işləri, icraatları və bütün məsuliyyətləri əhatə edir.

Quran əmanətlərin əhlinə verilməsini buyurur. Digər ifadə ilə desək, Quran bu mövzuda cinsi ayrı-seçkilik etmədən əmanətlərin o işdə səriştəsi və təcrübəsi olanlara verilməsini əmr edir.

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir. (Nisa surəsi, 58)