Quranda hər şey açıqlanmışdır

Quranda ibadətlər barəsində hər şeyin yazılmadığını düşünənlər kitabdakı hökmləri (haşa) yetərli görməyib, əlavə qaynaqları özlərinə rəhbər edərək dinə əlavə etmişlər. Lakin Allah iman edən qulları üçün yalnız Quranı rəhbər göndərdiyini bildirir. Quranda möminlərə qadağan olunan hər şey təfərrüatı ilə bildirilmişdir.

BİZ KİTABDA HEÇ BİR ŞEYİ NƏZƏRDƏN QAÇIRMADIQ. (Ənam surəsi, 38)

Biz TAM YƏQİNLİKLƏ İMAN GƏTİRƏNLƏRƏ AYƏLƏRİMİZİ AÇIQCASINA GÖSTƏRDİK. (Bəqərə surəsi, 118)

Biz AYƏLƏRİMİZİ ANLAYAN BİR CAMAAT ÜÇÜN belə MÜFƏSSƏL bəyan etdik. (Ənam surəsi, 98)

Allah sizə kitabı MÜFƏSSƏL surətdə nazil etdiyi halda, mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! (Ənam surəsi, 114)

Qurandakı hökmlər bu qədər açıq-aydın ikən: “Amma hədisdə belədir”, -demək iman zəifliyi və səmimiyyətsizlikdir.

Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı barəsində sorğu-sual olunacaqdır. (İsra surəsi, 36)

Rəbbimiz bilmədiyimiz bir şeyin ardınca düşməməyimiz barədə hökm verdiyi halda, düşünüb-araşdırmadan Peyğəmbərin sözü olduğunu deyib hər rəvayəti qəbul etmək çox yanlışdır. Bundan başqa, unutmayaq ki, RƏVAYƏT HEÇ BİR DƏLİLƏ ƏSASLANMAYAN məlumat, hekayə deməkdir.

Müsəlmanların məsul olduğu və axirətdə cavab verəcəkləri hökmlərin tək qaynağı Qurandır.

Siz (Qurandan) sorğu-suala tutulacaqsınız. (Züxruf surəsi, 44)

Yuxarıdakı ayələrdən hər şeyin Quranda açıqlandığını, əskiksiz və müfəssəl izah edildiyini görürük. Allah Quranın yetərli olduğunu buyurur; biz də yalnız Qurana tabe olmaqla məsuliyyət daşıyırıq.