Hədislərdəki ziddiyyətlər -3

Peyğəmbərimiz özünə vəhy edilənə tabe olurdu, bütün insanlığa da ona vəhy ediləni, yəni Quranı təbliğ etdi.

Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”. (Yunis surəsi, 15)

Ayədəki ifadəsində öz istəyi ilə (yəni HƏDİSLƏ) hökm verməkdən səmimi şəkildə qorxduğu və yalnız vəhy olunana, yəni Qurana tabe olduğu bildirilir.

Allahın hökmləri yalnız Qurandadır. Biz də Qurandan sorğu-sual olunacağıq. Quranda heç bir ziddiyyət yoxdur, lakin Peyğəmbərimizin adından uydurulan kitablarda minlərlə yalan və ziddiyyət vardır. Dolayısilə, bunlar dinin qaynağı ola bilməz.