Hədislərə əsasən namaz qılmaq mümkün deyil

Rükət sayındakı ziddiyyətlər

Hədislərə görə, fərz namazın 4, yaxud 8 rükət olduğu müəyyən deyil. Əgər hədislərdə fərz namaz 4 RÜKƏTDİRSƏ, SÜBH NAMAZINDAKI 2 RÜKƏTİ VƏ AXŞAM NAMAZINDAKI 3 RÜKƏTİ NƏYƏ ƏSASƏN QILIRLAR?

Hədislərsiz namaz qılmağın mümkün olmadığını deyənlərdən soruşuruq: hədislərə əsasən, namazın fərzi neçə rükətdir?

HƏDİSLƏRDƏ RÜKƏT SAYI

  1. Allah namazı Peyğəmbərin dili ilə əmin-amanlıqda DÖRD, səfərdə İKİ, qorxu olanda BİR rükət olaraq fərz etmişdir.
  2. Allah namazı (İLK DƏFƏ) FƏRZ ETDİYİ zaman İKİ RÜKƏT olaraq fərz etmişdi. Sonra onu əmin-amanlıq üçün (DÖRDƏ) tamamladı. Səfər namazı İLK FƏRZ EDİLDİYİ şəkildə sabit saxlanıldı.
  3. Muaz bin Cəbəl Peyğəmbərlə namaz qılar, sonra dönüb qövmünə imamlıq edərdi.
  4. Rəsulullah (əs) buyurdu ki: “Bir gündə eyni namazı iki dəfə qılmayın”.
  5. Peyğəmbər (əs) buyurdu ki: “Məscidə gələndə məsciddəkilər namaza dursalar, qılsan belə, camaatla birlikdə yenə qıl”.
  6. Bəlata İbn Ömərin yanına gəldim. Onlar (bəlatlılar) namaz qılırdı. İbn Ömərdən: “Onlarla birlikdə namaz qılmırsan?” –deyə soruşdum. Belə cavab verdi: “Mən namazımı qıldım. Rəsulullahdan eşitdim ki, bir namazı bir gündə iki dəfə qılmayaq”.

Eyni vaxt namazının birdən çox qılına bilinəcəyini ifadə edən hədislərə əsasən, namaz neçə rükət olur? Namaz dörd rükətdirsə, səkkiz rükətin qılına biləcəyini deməklə müxtəlif rəvayətlərə əsaslanıb hər vaxtın fərzinin dörd rükət olduğunu qəbul etmək ziddiyyətlidir.

Halbuki Quranda ziddiyyət yoxdur. Quran Allah`ın sözüdür. Allah həmişə doğru olanı deyir:

Allah`dan daha doğru danışan kimdir?! (Nisa surəsi, 122)