Qurana əsasən, Cəhənnəmdən çıxış yoxdur

Ümumiyyətlə, hamı elə düşünür ki, axirətdə insanlar günahları qədər cəza çəkdikdən sonra cəhənnəmdən çıxıb cənnətə girəcəklər. Buna görə nə qədər günah iş görsələr də, bu düşüncədən dolayı eyni günahlara yenə davam edirlər.

Halbuki Qurana görə, cəhənnəm sonsuzdur. Allah Quranda bununla bağlı belə buyurur:

Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar od sakinləridir və orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 80-81)

Beləliklə, haram iş görmədən əvvəl çox düşünmək lazımdır. Allahın buyurduğu kimi cəhənnəm odu bir neçə gün deyil, sonsuz davam edəcək.