Uydurma hədislər

Dindən dönənləri öldürün. (1585-Müvətta; 1558-Əbu Davud-Nəsai; 676-Nəsai; 1586-Əbu Davud-Nəsai) İslamı kim tərk etsə, onu dinə təkrar dəvət elə. Dönməsə, boynunu vur. (Təbərani) Bax budur, Qurandan kənar saxta şəriət sistemi ilə idarə olunan ölkələrin qəzəb və kinlərinin əsas qaynaqlarından biri həmin bu uydurma hədislərdir. İslamın hökmü kimi ortaya atılan belə bir qayda Quranda qətiyyən mövcud deyildir…