Quranda kitab əhlinə mərhəmət
İslam sülh, sevgi və mərhəmət dinidir. Lakin dövrümüzdə bəzi çevrələr İslamı yanlış imiclə tanıtmağa çalışırlar. Yer üzünü sülh və əmin-amanlıq yurduna çevirməyi əmr edən İslam dinini tam əksinə göstərməyə çalışan bu çevrələr digər dinlərin mənsubları ilə İslam dini arasında uyğunsuzluğun mövcud olduğunu göstərməyə çalışırlar. Halbuki İslamın Quranda kitab əhli kimi adlandırılan yəhudi və xristianlara qarşı…
Qurana əsasən, Allah hər dövrdə elçi göndərir
İnsan yaradılış etibarilə verdiyi sözləri unutmağa, nəfsinin istəklərinə tabe olmağa və dünyaya meyillidir. Buna görə də sonsuz rəhmət sahibi, hər şeyin yaradıcısı olan Allah xatırladıcı və XƏBƏRDAREDİCİ rəsullar (elçilər) göndərmişdir. O (Muhəmməd), Allahın Elçisi/Rəsulu və peyğəmbərlərin/nəbilərin sonuncusudur. (Əhzab surəsi, 40) Ayəyə görə hz.Muhəmməd son peyğəmbərdir, amma son rəsul/elçi deyil. Nəbi kitab verilən peyğəmbər deməkdir. Rəsul/elçi…
Hədislərə inanırsınızsa, onda bunlara da əməl etməlisiniz
Hədislərin çoxu Qurana zidd olmaqla yanaşı, bir-birinə də uyğun gəlmir və biri digərini mühakimə edir. Necə ki, bu hədislərin olduğu kitabda başqa hədislərin olmaması gərək olduğu kimi: Məndən Qurandan xaric heç nə yazmayın. Kim məndən Qurandan xaric bir şey yazmışsa, onu ləğv etsin… (Səhihi-Müslim, Zühd; Hənbəl, Müsnəd 3/12,21,33) Səhabə Allahın Elçisindən sözlərini yazmaq üçün izn…
Qurana əsasən, kişi və qadın eyni məkanda ola bilər
Quranda bütün cəmiyyətlərə faydalı olan və onların daha yaxşı yaşamasını təmin edəcək hökmlər mövcuddur. Qurana görə, dost evində birlikdə və ayrı-ayrı olmaq qadağan deyil. Necə ki, Rəbbimiz Quranda buyurur: DOSTLARINIZIN evlərində yemək yeməkdə heç bir günah gəlməz. BİR YERDƏ, yaxud AYRI-AYRILIQDA yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. (Nur surəsi, 61) Ey insanlar! Biz…
“Quran yalnız ərəbcə oxunmalıdır”, -demək yanlışdır
Müsəlmanlar arasında Quranın yalnız ərəbcə oxunmasının doğru olduğuna dair yayılmış bir fikir var. İnsanlar Quranı öz dillərində oxuduqda Allahın əmr və qadağalarını anlamayacaqlarına inandırılıblar. Lakin Qurani-kərim bütün dillərə tərcümə oluna bilər və insanlar öz dilində onu oxuyub başa düşə bilər. İslam dünyasına Quranın başqa dildə oxunmasının savabının az olması kimi yanlış fikir hakimdir. Allah Quranı…
Ən böyük cihad Quran anladılaraq edilir
Ənənəvi inancda bir çox anlayış kimi cihad da fərqli şəkildə izah olunur. “Cihad” kəlməsinin kökü “cəhd” sözüdür. Ərəbcə mənaları bunlardır: Çalışmaq, cəhd göstərmək, fədakarlıq etmək Nəfsinə hakim olmaq Bu mənalardan başa düşülür ki, İslamda cihad başqalarını məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək, insanları pislikdən uzaqlaşdırmaq üçün səy göstərməkdir. Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran…
Din Qurandan öyrənilir
Müsəlmanların məsuliyyət daşıdığı hökmlərin ən etibarlı və yeganə qaynağı Qurandır: Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız. (Züxruf surəsi, 44) Quranda ibadətlər haqqında hər şeyin yazılmadığını düşünən bəzi şəxslər Quranın hökmlərini (haşa) kafi görməmiş, özlərindən Quranla yanaşı, minlərlə qaynaq çıxarmışlar. Halbuki Allah Quranı iman edən qullarına yeganə…
Qurana əsasən, din çox asandır
Rəbbimizin lütfü olaraq İslam dini çox asan, gözəl və rahat həyat vəd edir. Quranı oxuyarkən İslam hökmlərinin çox asan olduğu görünür. Allah bizə bu müjdəni ayədə belə bildirir: Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. (Bəqərə surəsi, 185) Din əxlaqını yaşamağın çətin olduğu düşüncəsi sadəcə şeytanın təlqinidir. Tarix boyu insanları müxtəlif vasitələrlə dindən uzaqlaşdırmağa çalışanlar,…