Homoseksuallıq qəti haramdır

Allah dinin bütün hökmlərini və xırdalıqlarını Quranda bildirmişdir. Qurana uyğun gəlməyən bütün düşüncə və hərəkətlər tamamilə yanlışdır. Öz həvəs və istəkləri, yaxud cəmiyyətin və atalarının batil ənənələri əsasında din adından fətva verənlər Quranda qınanmışdır.

Üç müqəddəs kitaba əsasən, homoseksuallıq haramdır

Dövrümüzdə müxtəlif cəmiyyətlərdə homoseksuallığın normal davranış kimi göstərilib insanların buna təşviq edilməsi hər üç səmavi kitabda qadağan edilmişdir. Quranda: Cinsi əlaqənin yalnız bir kişi və bir qadın arasında və evlilik daxilində olması haqqında Quran ayələrində belə buyurulur: Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər…