İslam özünə əziyyət etmə dini deyil

Rəbbimizin lütfü olaraq İslam dini insanlara asan, rahat və gözəl həyat təqdim edir. Quran ayələri İslam dinin çox asan olduğunu göstərir. Bu, bizə “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilir. Din əxlaqının həyatı çətinləşdirdiyi düşüncəsi şeytanın oyunudur. Tarix boyu din əxlaqını dəyişdirmək istəyən və bu üstün əxlaqın yaşanmasını…