İslam ərəblərə məxsus din deyil

Allahın kəlamı olan Quranın yalnız Ərəbistan yarımadasına endirildiyinə və buna görə yalnız ərəblərin məsuliyyət daşıdığına dair iddialar mövcuddur. “Şura” surəsinin 7-ci və “Ənam” surəsinin 92-ci ayələrini dəlil kimi göstərənlərin məntiqsiz şəkildə irəli sürdüyü iddialara Qurandan cavab verək. Bu ayələrin ənənəvi tərcümələrindən sanki Quranın yalnız Məkkə və ətrafına endirildiyi mənaları çıxır və bu da çox böyük…

Quranda irqi ayrı-seçkilik yoxdur

Dinimizdə dil, irq, rəng ayrı-seçkiliyi yoxdur. Allahın fərqli dil, rəng və mədəniyyətlər yaratması dünya üçün bir gözəllikdir. Allah sərhədləri bir-birinə yaxın olan ölkələrdə də fərqli dillər və hər millətə xas davranış formaları, danışıq üslubu və mədəniyyətlər yaratmışdır. Uca Allahın bu cür fərqliliklər yaratması Onun müxtəliflik sənətinin təzahürüdür.  Allah bu müxtəlifliyi dünyada bir gözəllik və bəzək…

Qurana əsasən, inanc fərqliliyi sülhü əngəlləməz

“İslam” kəlməsi ərəbcə “sülh” sözü ilə eyni məna daşıyır. İslam dini Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təzahür etdiyi hüzur və sülh dolu həyat üçün endirilən dindir. İslam dininin yeganə qaynağı olan Quran Allahın insanlara yol göstərici kimi nazil etdiyi kitabdır. Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaq sevgi, şəfqət və ədalət…

Qurana əsasən, içki içənə cəza verilməz

Rəvayət, xurafat, böhtan, uydurma və yanlış din anlayışı tarixin, demək olar ki, hər dövründə özünə həqiqi din anlayışı ilə müqayisədə daha çox tərəfdar toplamışdır. Bu anlayışı mənimsəyən saxta dindarlar həm tək və etibarlı din olan İslama, həm də bir olan Allah inancına olduqca zərər vermişlər. Çünki yanlış din anlayışının axmaqlıq və ağılsızlıq olduğunu və bunun…

“Həşr” surəsinin 7-ci ayəsi Peyğəmbərimizə (səv) hökm izni vermir

Bu ayədə Rəsula hökm izni verilmir, ayədə mal paylamaqdan bəhs edilir. Hədis tərəfdarları Qurana zidd hədisləri qaynaq göstərmək üçün ayənin mənasını dəyişdirməyə çalışırlar. Ərəbcə bilməyənlər də buna inanırlar. BİR ÇOX YERDƏ MÜSƏLMANLARA DƏLİL KİMİ GÖSTƏRİLƏN “HƏŞR” SURƏSİNİN 7-Cİ AYƏSİNDƏKİ HƏMİN CÜMLƏ BUDUR: Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allah…

Qurana əsasən, Allah hər dövrdə elçi göndərir

İnsan yaradılış etibarilə verdiyi sözləri unutmağa, nəfsinin istəklərinə tabe olmağa və dünyaya meyillidir. Buna görə də sonsuz rəhmət sahibi, hər şeyin yaradıcısı olan Allah xatırladıcı və XƏBƏRDAREDİCİ rəsullar (elçilər) göndərmişdir. O (Muhəmməd), Allahın Elçisi/Rəsulu və peyğəmbərlərin/nəbilərin sonuncusudur. (Əhzab surəsi, 40) Ayəyə görə hz.Muhəmməd son peyğəmbərdir, amma son rəsul/elçi deyil. Nəbi kitab verilən peyğəmbər deməkdir. Rəsul/elçi…

Quranda keçən hikmət kəlməsi hədis və ya sünnə mənasında deyil

“Hikmət” kəlməsi hökm etmək, hökm, möhkəm kimi kəlmələrlə eyni kökdəndir. Yəni “hikmət” sözü dilimizdə qəlibləşmiş “müəmma”, “gizli sirr” mənasında deyil. Quranda hikmət kəlməsinə baxaq: Bunlar Rəbbinin sənə vəhy etdiyi HİKMƏTDƏNDİR. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan. (İsra surəsi, 39) Ayədən də göründüyü kimi bu hikmətlər öncədən açıqlanmışdır. Bu…

“Quran yalnız ərəbcə oxunmalıdır”, -demək yanlışdır

Müsəlmanlar arasında Quranın yalnız ərəbcə oxunmasının doğru olduğuna  dair yayılmış bir fikir var. İnsanlar Quranı öz dillərində oxuduqda  Allahın əmr və qadağalarını anlamayacaqlarına inandırılıblar. Lakin  Qurani-kərim bütün dillərə tərcümə oluna bilər və insanlar öz dilində onu oxuyub başa düşə bilər. İslam dünyasına Quranın başqa dildə oxunmasının savabının az olması kimi yanlış fikir hakimdir. Allah Quranı…

Ən doğru yol Quran yoludur

  Quran bütün dünyaya rəhbərdir və insanları doğru yola çatdırır. Quranı rəhbər tutanlar ən doğru yola çatır. Şirk və küfrün qaranlığından çıxıb vicdan və əxlaqın aydınlıq yoluna girmək ancaq Allahın göstərdiyi Quran yolu ilə mümkündür. İnsan tutduğu yolun doğru olub-olmadığını Allah tərəfindən endirilən Quranı oxuyub araşdırmaqla görə bilər. Həqiqətən, bu Quran ən doğru yola yönəldir…