Peyğəmbərə tabe olmaq hədislərə tabe olmaq deyil

Dünyada islamofobiya kimi tanınan və qaynağı İslam kimi göstərilməyə çalışılan bütün problemlərin əsas səbəbi Quranı yetərli görməyib rəvayətlərin və başqa qaynaqların önə çıxarılmasıdır. Peyğəmbərimiz Qurandan başqa bir qaynağı insanlara təqdim etməmiş, yazdırmamış və öyrətməmişdir. Peyğəmbərin söylədiyini iddia edilən hər hansı bir söz və ya şərh Qurana zidd olarsa, yaxud dində əlavələrə və ya əskiltmələrə səbəb…

Heç bir heyvan lənətli deyil

Dünyamızı bütün canlılarla birlikdə paylaşırıq. Rəhman və Rəhim olan Rəbbimizin bizə göndərdiyi sonsuz mərhəmət və üstün əxlaq xüsusiyyətinə  sahib, bəşəri hökmləri olan Quranda bütün canlılara qarşı sevgi və şəfqət əsas götürülmüşdür. Bitki və heyvanların hər birində  Allahın təcəllisi vardır. Quranı qeyri-kafi görən bəzi düşüncə sahibləri heyvanlara qarşı mərhəmətsiz davranırlar. Heyvanlara edilən işgəncə əxlaqsızlıq və zülmdür.…

Quran yetərlidirsə, bəs Peyğəmbər niyə göndərilib?

Quranda peyğəmbərlərin Allahın göndərdiyi dəlillərə tabe olduqları və ondan başqa bir şey söyləmədikləri, doğru hökmü isə yalnız Allahın verdiyi açıq şəkildə bildirilir. De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”. (Ənam surəsi,…

Qurana əsasən, ölüyə Quran oxunmaz

Quranın müsəlmanların həyatından uzaqlaşıb evlərdə divardan asılan və əl vurulmayan kitaba çevrildiyini görürük. Allah “Furqan” surəsinin 30-cu ayəsində Peyğəmbərimizin (səv) dilindən bu mövzuya diqqət çəkir: Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 30) Hazırda müsəlmanların Quranı yalnız qəbir ziyarətlərində və təziyə günlərində oxuması ənənəyə çevrilmişdir. Halbuki Quran müəyyən günlərdə oxumaq üçün…

Quranda hökmü qalxmış (nəsh edilmiş) ayə yoxdur

Quran Allahın kəlamıdır və hökmlərini kitabda tamamlamışdır. Onun sözlərini heç bir qüvvə dəyişdirə bilməz. Rəbbimiz Quranı hər şeyin açıqlayıcısı, doğru yola yönəldən, rəhmət və müjdə olaraq endirmişdir. Rəbbimiz unutqan deyil və kitabda heç bir şeyi nəzərdən qaçırmamışdır. Rəbbimiz Quranda: “Onlara oxunan kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?”– deyir. Yoxsa siz kitabın bir qisminə…

“Muhəmməd” surəsində “boyunlarını vurun” kəlməsi yoxdur

(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət onları qırıb zəiflətdikdə kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (belə rəftar edin) (Muhəmməd surəsi, 4) Bir çox ateist İŞİD-in törətdiyi qətliamlarda yuxarıda verilən ayənin hökmünə əməl etdiyini və İŞİD-in müsəlmanların gerçək düşüncəsini ortaya qoyduğunu…

Qurana əsasən, İslamda köləlik yoxdur

Quranda köləliklə bağlı ayələri araşdırdıqda Allahın möminlərə bunu qadağan etdiyini dəqiq görərik. Mövzu ilə əlaqədar ayələri sıra ilə açıqlasaq, bu, daha da aydınlaşar.  Bu ayələrin Quran müxalifləri tərəfindən ən çox istifadə olunanı “Nəhl” surəsinin 75-ci ayəsidir. Bu ayənin iki ayrı məalda tərcüməsi belədir: Z.Bünyadov-V.Məmmədəliyev: Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və…

Kasıb görünmək təqva əlaməti deyil

Xurafatçıların qəbul etdirməyə çalışdığı bu düşüncə  Qurana tamamilə ziddir. Allah ayədə sədəqələrin həyatını Allahın dininə həsr edən kasıblar üçün olduğunu, bu şəxslərin isə iffətlərindən dolayı üzsüzlük edib istəməyəcəyini və kənardan baxanda zəngin görünəcəyini bildirir. Yəni Qurana görə KASIB GÖRÜNMƏK İBADƏT DEYİL, əksinə, adamın kasıb olsa da, ZƏNGİN görünməsinin mömin xüsusiyyəti olduğu bildirilir.

Qurandan kənar yaşanan dinin iyrənclikləri

“Üreynə və Üqeylə qəbilələrindən bir qrup Mədinəyə gələrək müsəlman oldular. Mədinənin havası onlara pis təsir etdikdə Peyğəmbər onlara dəvə sidiyi içməyi tövsiyə etdi”. (Buxari, Tibb 5/1, Hənbəl 3/107, 163) “Sizdən birinizin içdiyi suya və ya yediyi yeməyə milçək düşəndə onun hər tərəfini batırıb çıxarsın. Çünki milçəyin qanadının birində xəstəlik, digərində şəfa vardır…” (Dəyanət nəşrləri, cild…