Üzünü taraş edənə cəza verilməz

Din xürafələrə görə deyil, birbaşa Qurana görə yaşanır. Quranla ağıl iç-içədir və bir-birinə bərabərdir. Quran ağıllı olmağın yoludur. Ağılsızlığın nəticələrindən biri, şübhəsiz ki,  insanları dindən uzaqlaşdırmasıdır. Ağılsızlıq insana doğrunu yanlış, yanlışı isə doğru kimi göstərir. Bunu açıqlayan və dini Qurandan kənar qaynaqlardan öyrənən xurafatçılardan bəhs edən nümunə belədir: “Quran oxuduqları halda, taraş olanları öldürün”. (4816-…

Peyğəmbərimiz (səv) bütün suallara Quranla cavab vermişdir

Peyğəmbərimiz hz.Muhəmməd Allahın elçisidir. Allahdan aldığı bilgiləri bizə çatdırmış, əlavələr etmədiyi kimi, hökm də qoymamışdır. Peyğəmbərimiz Qurandan kənar heç bir qaynağı insanlara təqdim etməmiş, yazdırmamış və öyrətməmişdir. Allah bir çox ayə ilə Peyğəmbərimizin yalnız vəhy olunana, yəni Qurana tabe olduğunu bildirmiş və Peyğəmbərimizin Quranın xaricinə çıxmadığını vurğulamışdır. Sən bir hənif kimi üzünü dinə tərəf çevir!..…

Sirat körpüsü yoxdur

İnsanlar Qurana tabe olmadıqda Qurandan xaric qaynaqlara inanır və həyatlarını çətinləşdirən bütün inanclara qapı açırlar. Allah Qurana tabe olanların üzərindən çətinliyi götürəcəyini və gözəl həyat yaşadacağını bildirir. Allahın varlığını bildirmədiyi sirat körpüsü mövzusu da bu cür yanlış inanclardan biridir. SİRAT KÖRPÜSÜ YOXDUR. Olsaydı, Allah Quranda mütləq bildirərdi…

İslamda reinkarnasiya inancı yoxdur

Reinkarnasiya bir insanın öldükdən sonra başqa bədənlə dünyaya təkrar gəlməsi kimi izah olunan yanlış inancdır. Reinkarnasiyada axirət inancı yoxdur. Bunun yerinə daima ölüb yenidən dünya həyatında eyni ruhla, lakin yeni bir bədənlə dirilmək inancı var. Quranda reinkarnasiyanın varlığına dair heç bir ayə yoxdur. Əksini iddia edənlər isə öz düşüncələrinə dəlil tapmaq üçün yanlış yol seçiblər.…

Quranı kafi görməmək

Allahın sözü Quran doğru ilə yanlışın, yaxşı ilə pisin nə olduğunu insanlara bildirən haqq kitabdır. Quranda insanların nə üçün və necə yaradıldığı, həyat modeli, gözəl əxlaq, ibadət formaları, vücud və ruhun sağlam olmasının yolları, çətin anlardan çıxış yolları, müxtəlif insan xüsusiyyətləri, həmçinin iqtisadi, siyasi, sosial və hüquqi yaşayışın ən ideal şəkildə olmasının zəruriliyi, insanların Allahın…

yalnız Quran hökmləri

Allah dinə dair bütün hökmləri Quranda bildirmişdir. Qurana uyğun gəlməyən hər düşüncə və əməl yanlışdır. Öz istək və həvəslərinə, həmçinin cəmiyyətin batil ənənələrinə və ya atalarının haqqa əsaslanmayan adətlərinə görə din adından FƏTVA verənlər Quranda qınanmışdır. Allahın hökmlərini görməzlikdən gələn və cəmiyyətin əksəriyyətini təşkil edən din əxlaqından uzaq insanlara tabe olanların səhvlərindən biri çoxluğun həmişə…

Quranda şəfaət varmı?

“Şəfi” kökündən olan “şəfaət” sözünün mənası bir şeyi digərinə yapışdırmaqdır. Digər bir mənası isə birisini dəstəkləmək, kömək etməkdə vasitəçi olmaq, arxa durmaqdır. Bu söz ən çox möhtərəm bir şəxsin özündən aşağı mövqedə olan birisini qorumaq məqsədilə dəstəkləməsi, yardımçı olması və ona arxa durması mənasında işlədilir. “Şəfaət” sözünün mənasını tam anlamaq üçün Qurana baxmaq lazımdır. Şəfaət…

Quranda idarəetmə cinsiyyətə görə deyil, təcrübəyə görədir

Cəmiyyəti qarışıqlığa və sonra da məhvə sürükləyən əsas problemlərdən biri əmanəti əhlinə verməməkdir. Əmanət bir cəmiyyətdə görüləsi fərdi və ictimai işləri, icraatları və bütün məsuliyyətləri əhatə edir. Quran əmanətlərin əhlinə verilməsini buyurur. Digər ifadə ilə desək, Quran bu mövzuda cinsi ayrı-seçkilik etmədən əmanətlərin o işdə səriştəsi və təcrübəsi olanlara verilməsini əmr edir. Həqiqətən, Allah sizə…

Quranda hökmü qalxmış (nəsh edilmiş) ayə yoxdur

Quran Allahın kəlamıdır və hökmlərini kitabda tamamlamışdır. Onun sözlərini heç bir qüvvə dəyişdirə bilməz. Rəbbimiz Quranı hər şeyin açıqlayıcısı, doğru yola yönəldən, rəhmət və müjdə olaraq endirmişdir. Rəbbimiz unutqan deyil və kitabda heç bir şeyi nəzərdən qaçırmamışdır. Rəbbimiz Quranda: “Onlara oxunan kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?”- deyir. Yoxsa siz kitabın bir qisminə…