Xurafatçı zehniyyətin qadınlarla bağlı uydurduğu mövzulardan biri də qadınların şahidliyinin yarım olması barədədir. Halbuki Quran qadın və kişinin şahidliyini borc məsələsindən başqa, digər mövzularda eyni tutur. Quranda bir kişinin şahidliyinin iki qadına bərabər olduğu haqqında heç bir məlumat olmasa da, xurafatçılar israrla qadınların şahidliyinin yarım olduğunu iddia edirlər. Bu iddiaya “Bəqərə” surəsinin 282-ci ayəsini dəlil kimi göstərirlər. Halbuki ayədə xəbər verilən müddətli borclarda şahidlik etmək maddi mənfəətlərə görə bir çox adamın çəkindiyi məsələdir. Şahidlərə və qeydiyyatçıya zərər gəlməsin deyə, ayənin sonunda buna xüsusilə diqqət çəkilir. Allah belə bir çətin məsələdə yenə qadınlara lütf edib əsas məsuliyyəti kişilərə vermişdir. Quranda qadından bəhs edən ayələrdə onlara böyük dəyər verilmiş və qadınlar bütün çətin şərtlərdə himayə altına alınmışdır. Lakin digər yandan məsuliyyət baxımından kişi ilə bərabər tutulmuşdur. Dolayısilə, qadının qorunması buna ehtiyac olduğu üçün deyil, xüsusi dəyərə sahib olduğu üçündür. Allah borc şahidliyində qadınları xüsusi şəkildə himayə edir.