Peyğəmbərimiz kasıb deyildi. Allah ona çoxlu mal-mülk vermişdi. Peyğəmbərimizlə əlaqədar nəql edilən rəvayətlərin bir çoxunu hamımız eşitmişik. Bunlardan biri də bu daş bağlamaq məsələsidir. Bu rəvayət həm Quran ayələrinə ziddir, həm də səhabələrə bir növ təhqirdir. Bu rəvayət Peyğəmbərimizi nə yüksəldir, nə də bunun ona bir faydası var. Bu rəvayətdən belə görünür ki, Allahın peyğəmbəri ac qalmış, ətrafındakı onlarla səhabə bunu görməmiş və hətta buna göz yummuşdur. Şərtlər nə olursa-olsun, əlbəttə, belə bir şeyin olması mümkün deyil.
Peyğəmbərimiz Allaha və özünə iman edən səhabələrin gözünün nuru idi. Onun ağzından çıxan tək bir sözü gözləyən bu mübarək insanlar Allahın elçisinin qarnına daş bağlamasına əsla imkan verməzdilər. Çünki hz. Muhəmməd bütün peyğəmbərlər kimi Allahın lütfü ilə zəngin idi:
Kasıb olduğun zaman səni varlandırmadımı? (Duha surəsi, 8)
Bundan başqa, Peyğəmbərimiz vaxtaşırı dostlarına yemək ziyafəti verirdi. Necə ki, bir ayədə belə buyurulur:
Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. (Əhzab surəsi, 53)