Uydurma hədislər

Dindən dönənləri öldürün. (1585-Müvətta; 1558-Əbu Davud-Nəsai; 676-Nəsai; 1586-Əbu Davud-Nəsai)
İslamı kim tərk etsə, onu dinə təkrar dəvət elə. Dönməsə, boynunu vur. (Təbərani)
Bax budur, Qurandan kənar saxta şəriət sistemi ilə idarə olunan ölkələrin qəzəb və kinlərinin əsas qaynaqlarından biri həmin bu uydurma hədislərdir. İslamın hökmü kimi ortaya atılan belə bir qayda Quranda qətiyyən mövcud deyildir və Quran bu cür düşüncəni tamamilə qadağan edir. Quranda fikir və inanc azadlığını ifadə edən ayələrdən bəziləri belədir:
Dində məcburiyyət yoxdur… (Bəqərə surəsi, 256)
Sizin dininiz sizə, mənim dinim də mənədir! (Kafirun surəsi, 6)
… Sən onları məcbur edən deyilsən… (Qaf surəsi, 45)
De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”… (Kəhf surəsi, 29)
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)
(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. (Ğaşiyə surəsi, 21-22)
Quranda təsvir edilən İslam dinində hər kəs istədiyi inancı qəbul etmək azadlığına malikdir. Qurandakı dində müsəlman yalnız gözəl əxlaqı təbliğ etməklə məsuliyyət daşıyır. Hidayət Allahın əlindədir. Müsəlmanın vəzifəsi odur ki, insanlar inanıb-inanmasalar da, onlara qarşı şəfqətlə yanaşmalıdır. Müsəlmanı bir qatil kimi göstərməyə çalışanlar Qurandakı bu həqiqətin üstünü örtməyə çalışırlar.