Qurana əsasən, cihad savaş deyil

İslamda cəhd etmək qarşı tərəfi məlumatlandırmağa, gözəl əxlaqı öyrətməyə, insanları pis işlərdən uzaqlaşdırmağa çalışmaqdır. Cihad adı ilə qətliam törədənlər Qurana görə davranmırlar.

Ənənəvi inancda bir çox anlayış kimi, cihad məfhumu da fərqli şəkildə şərh edilir. Quranda “qıtal” və “hərb” sözlərindən savaşı ifadə etmək üçün istifadə edilir və cihad məfhumu “cəhd etmək”, “çalışmaq” mənasında işlədilir. Cihad sözünün kökü “cəhd” kəlməsidir. Ərəbcə mənaları isə belədir:

  1. Çalışmaq, səy göstərmək; əzm, fədakarlıq göstərmək
  2. İnsanın öz nəfsinə hakim olması

Bu mənaları əsas alıb İslamda cəhd etməyin qarşı tərəfi məlumatlandırmağa, gözəl əxlaqı öyrətməyə və pis işlərdən uzaqlaşdırmağa çalışmaq olduğunu anlayırıq. Bir müsəlman bunu etməklə yanaşı, eyni zamanda, öz nəfsini də tərbiyə etməli və özünü qəzəb və nifrətdən uzaq tutmalıdır.

Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda (cihad) İNSANLARI PİSLİKDƏN UZAQLAŞDIRMAQ ÜÇÜN MÜCADİLƏ EDİN Kİ, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

 Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda (cihad) İNSANLARI PİSLİKDƏN UZAQLAŞDIRMAQ ÜÇÜN MÜCADİLƏ EDƏN və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (rəhməti ilə) geniş olandır, biləndir. (Maidə surəsi, 54)

Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda (cihad) İNSANLARI PİSLİKDƏN UZAQLAŞDIRMAQ ÜÇÜN MÜCADİLƏ EDƏNLƏR Allahın mərhəmətinə ümid edirlər. Allah bağışlayandır, rəhmlidir. (Bəqərə surəsi, 218)

Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən (cihada çıxanları) GÖZƏL ƏXLAQI ÖYRƏTMƏK ÜÇÜN ÇALIŞANLARI və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali-İmran surəsi, 142)

Möminlərdən – üzürlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə İNSANLARI PİSLİKDƏN UZAQLAŞDIRMAQ ÜÇÜN MÜCADİLƏ EDƏNLƏR (cihad edənlər) eyni olmazlar… (Nisa surəsi, 95)

Quranın heç bir yerində cəhd kəlməsindən bu mənalardan başqa mənada istifadə edilməmişdir. Dolayısilə: “Qaynağımız Qurandır”, -deyərək cihad adı ilə qətliam törədənlər ya yalan deyirlər, ya da yanlış məlumatlandırılıblar. Çünki dində məcburiyyət yoxdur. (Bəqərə surəsi, 256)

(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üzərində hakim deyilsən! (Ğaşiyə surəsi, 21-22)

İslama görə başqa inanca mənsub olmağın savaşa səbəb olmadığı və İslamda məcburiyyətin olmadığı ayələrdən açıq-aşkar başa düşülür.

Hazırda cihad adı ilə insanları öldürənlər, kamikadze kimi öz canına qıyanlar və savaşı körükləyənlər Qurana görə harama girirlər. Cihad adı ilə qətliam törədənlər Qurana görə hərəkət etmirlər.