Üç müqəddəs kitaba əsasən, homoseksuallıq haramdır

Dövrümüzdə müxtəlif cəmiyyətlərdə homoseksuallığın normal davranış kimi göstərilib insanların buna təşviq edilməsi hər üç səmavi kitabda qadağan edilmişdir.

Quranda:

Cinsi əlaqənin yalnız bir kişi və bir qadın arasında və evlilik daxilində olması haqqında Quran ayələrində belə buyurulur:

Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? (Nəhl surəsi, 72)

Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız. (Şüəra surəsi, 165-166)

O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm”. (Şüəra surəsi, 168)

Tövratda:

Yəhudilikdə homoseksuallıq Tövrat dövrünə qədər gedib çıxır və “Təqvin ilə Levililər” kitablarında bu barədə bəhs edilir. Təqvin Sodom və Qomoranın Tanrı tərəfindən yıxıldığından danışır. “Levililər” kitabında isə kişilərin (bir-biriləri ilə) cinsi əlaqəyə girməsi qadağan edilmiş və bu hərəkətin diksindirici olduğu qeyd olunmuşdur. Kişilərin homoseksual davranışlarının cəzası yəhudi qanunlarına görə edamdır:

Bir kişi başqa bir kişi ilə cinsi əlaqə qurarsa, ikisi də iyrənclik etmiş olur. Qətiyyən öldürülməlidirlər. Ölümə layiqdirlər. (Levililər, 20:1)

İncildə:

Xristian (katolik və ortodoks) ədəbiyyatında qəti rədd edilən homoseksuallıq haram olaraq qəbul edilir. “Yaradılış 19:1-13”, “Levililər 18:22”, “Romalılar 1:26-27”, “1 Korintlilər 6:9” bölmələrində homoseksuallıq Tanrını inkar etməklə Ona itaətsizliyin nəticəsi kimi görülür.

ROMALILAR 1
26. Bax, beləcə Tanrı onları biabırçı ehtirasa təslim etdi. Qadınları da təbii əlaqənin yerinə təbii olmayana üstünlük verdilər.
27. Eyni şəkildə, kişilər də qadınlarla təbii əlaqələrini tərk edib bir-biriləri üçün şəhvətlə alışıb yandılar. Kişilər kişilərlə biabırçı əlaqəyə girdilər və öz bədənlərində azğınlıqlarına yaraşan qarşılığı aldılar.
28. Tanrını tanımaqda yarar görmədikləri üçün Tanrı onları yararsız düşüncələrə, pis əməllərə təslim etdi.
29. Hər cür haqsızlıq, pislik, acgözlük və kinlə doldular. Qısqanclıq, öldürmə həvəsi, çəkişmə, hilə və pis niyyətlə doludurlar.

Nəticə etibarilə, ayələrdən və bölmələrdən də başa düşüldüyü kimi, xristianlıq, musəvilik və İslamiyyətdə qarşı cinslər arasındakı əlaqəni əsas alan və homoseksuallığı qadağan edən məntiq söz mövzusudur.