Quranda din tamam şəkildə anladılmışdır. Lakin hər nə hikmətdirsə, bəzi adamlar İslama İlahi kəlama uyğun olmayan əməl və düşüncələr yerləşdirmişdir. Məsələn, Qurana görə, qan dəstəmazı pozmur. Fəqət Qurandan xaric qaynaqlara görə, həm dəstəmazın gərəkli etdiyi hallar, həm də dəstəmazı pozan şeylər daha çoxdur. Halbuki Quranda dəstəmazı pozan hallar sadəcə tualet ehtiyacı və cinsi əlaqədir (Maidə surəsi, 6; Nisa surəsi, 43). Rəbbimiz qullarına dini mövzuda çətinlik verməmişdir.
O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. (Həcc surəsi, 78)
Quranda tək bir İslamdan bəhs edilir. Xürafələr, rəvayətlər gerçək İslamı anlamağa ən böyük əngəldir. Rəbbimizin lütfü olaraq İslam dini insanlara çox asan, rahat və gözəl həyat təqdim edir. Allah din əxlaqını da insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayədə insanın din ilə fitrətinə ən uyğun olana çağırıldığını belə xəbər verir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bilmir. (Rum surəsi, 30)
Dolayısilə, Allahın bildirmədiyi hökmlər xaricində dinə hökm əlavə etmək müşrik xüsusiyyətidir. Dəstəmazı pozan hallar Quranda dəqiq bildirilmişdir. Buna əlavələr etmək ənənəvi-ortodoks din anlayışının batil hökmləridir. Allah qatında heç bir əsası yoxdur. İnsanları dindən uzaqlaşdırmağa səbəb olan bu cür hərəkətlərdən uzaq durub Allahın kitabına yönəlməli və Allahın hökmlərinə əlavə etməkdən yenə Allah sığınmaq lazımdır.