OXUDUĞUNUZ “SƏHİH BUXARİ” ADLI KİTAB HƏDİS RAVİSİ İMAM BUXARİNİN ÖZ ORİJİNAL ƏSƏRİ DEYİL. HZ.MUHƏMMƏDİN VƏFATINDAN DÜZ 700 İL SONRA YUNİNİ TƏRƏFİNDƏN TOPLANDIĞI İDDİA EDİLİR. LAKİN ORTALIQDA YUNİNİN NÜSXƏSİ DƏ YOXDUR.
Buxarinin “Səhih” adlı əsəri öz orijinal yazısı deyil. Əl-Firəbri ravisi olan kitabın Buxaridən dörd yüz il sonra Əli bin Muhəmməd əl-Yunini tərəfindən tək kitab halına gətirilməsi ilə bizə gəldiyi iddia edilsə də, bunun da orijinalı yoxdur. Buxaridəki zəif və ya şübhəli bir çox hədisin bu əl-Firəbri nüsxələrinə əlavə edilməsi ehtimalı böyükdür. Bugünki Səhih Buxari nüsxələri ifadə etdiyimiz kimi, Buxarinin öz əl yazısına əsaslanmır. Bu rəvayətlər düşünüldüyü kimi, hz.Muhəmmədin vəfatından 230 il sonra belə deyil, düz 700 il sonra toplanmışdır. Hz.Muhəmmədin məlum yaş aralığına aid Quran fraqmentləri və sonrakı dövrlərə aid müshafların mövcudluğu elmi şəkildə karbon testləri ilə sabit olduğu halda, ənənəçilərin mötəbər zənn etdiyi Qurandan xaric qaynaqlara aid orijinal yazıların olmaması açıq şəkildə ziddiyyətdir.
Allahın dəyişmədən günümüzə qədər gələn mesajı olduğu yerdə belə qaynaqlara əməl etməyə çalışmaq və hələ bu qaynaqlar olmadan Quranın anlaşılmadığını iddia etmək ağılsızlıqdır.