Baş örtmək Quranın əmri deyil (3)

  1. … zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. (Nur surəsi, 31)

“Nur” surəsinin 31-ci ayəsində bəhs edilən “ZİNƏTLƏR” kəlməsinin baş, saç, muncuq, inci və s. kimi şeylərlə heç bir əlaqəsi yoxdur. Burada qadınların ailə daxili həyatı nümunə verilir və onların ailədə sərbəstliyi vurğulanır. Ayədə açıq şəkildə görünür ki, burada işlənən zinət kəlməsi qadınların məhrəm yerlərinə işarə edir. Ayədə zinətlərin göstərilə biləcəyi şəxslər sayılmışdır. Bu şəxslərin arasında qadına ehtiyacı olmayan (arzusuz və ya iqtidarsız) xidmətçilər və qadınların hələ məhrəm yerlərini tanımayan uşaqlar da vardır. Onsuz da qadınların məhrəm yerlərini tanımayan uşaqlardan bəhs edilməsi zinət kəlməsinin məhrəm yerlərinə işarət etdiyini göstərir.

Qurandakı açıqlamalar çox mükəmməldir. Buna görə də kəlmələr xüsusi və incə şəkildə işlənmişdir. Ətraflı araşdırıldığında bu, o dəqiqə anlaşılır. Məhrəm yerləri Qurandakı möhtəşəm nəzakət və ədəbi sənətə uyğun şəkildə təsvir edilmiş və zinət olaraq verilmişdir.

Bizim ölçümüz Quran olduğundan və Qurandakı izahlar da çox açıq olduğuna görə qadınların kişilərlə eyni mühitdə başı açıq olması Qurana uyğun davranışdır.