Rəbbimizin lütfü olaraq İslam dini insanlara asan, rahat və gözəl həyat təqdim edir. Quran ayələri İslam dinin çox asan olduğunu göstərir. Bu, bizə “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilir.
Din əxlaqının həyatı çətinləşdirdiyi düşüncəsi şeytanın oyunudur. Tarix boyu din əxlaqını dəyişdirmək istəyən və bu üstün əxlaqın yaşanmasını əngəlləməyə çalışan bəzi şəxslər dinə bir çox çətin əməllər və xürafə əlavə etməyə çalışıblar. Özlərinin çıxardığı uydurmalar üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmasına səbəb olublar. Bu xürafələrin ən təhlükələrindən biri dinin çətin olduğu inancıdır.
Halbuki Allahın Quranda bildirdiyi hökmlər bizə din əxlaqının yaşanmasının səmimi insanlar üçün çox asan olduğunu öyrədir.
İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah DİN ƏXLAQINI DA İNSANIN YARADILIŞINA UYĞUN YARATMIŞDIR. Allah ayələrdə insanın din ilə fitrətinə ən uyğun olana çağırıldığını belə bildirir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bilmir. (Rum surəsi, 30)
İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq. (Kəhf surəsi, 88)
Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. (Qəmər surəsi, 17)
O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. (Həcc surəsi, 78)
Dolayısilə, Quran hər yaşdakı və mədəniyyətdəki insanın anladığı açıq öyüddür. Quran əxlaqı insanın fitrətinə uyğun tək həyat formasıdır.