Allah Quranda soruşur

Onlara oxunan kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır. (Ənkəbut surəsi, 51)

ALLAHIN BU SUALINA CAVABINIZ NƏDİR?

Uydurulan, yanlış nəql edilən, insanların öz istəyinə uyğun şərh edilən minlərlə hədis hazırda İslamın ən önəmli qaynağı kimi qəbul edilir. Hazırda İslam dini yüzlərlə firqəyə bölünmüş, bir-biri ilə tamamilə ziddiyyət təşkil edən ayrı dinlər meydana gəlmişdir.

Bir çox müsəlman qardaşımız bu inancın gerçək din olduğunu zənn edib bilmədən yanlış yola sürüklənmişdir. Halbuki Quran dinin hər sahəsi baxımından yetərli kitabdır. Quran birbaşa Allah tərəfindən açıqlanan müfəssəl və açıq-aydın kitabdır. Dinin tək qaynağıdır.

Bir ayədə xəbər verilir ki, Peyğəmbərimizin Rəbbimizə bircə şikayəti olacaq. O da ki, İslam aləminin Quranı tərk edilmiş kitab olaraq bir kənara buraxmasıdır:

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 30)

Rəbbimiz Quranı qorumuşdur və bu, müsəlmanlar üçün yetərlidir. Quran qorunub dəyişmədiyi üçün xurafatçılar əsla Qurandan öz batil inanclarına uyğun istifadə edə bilməmiş, çətinləşdirməyə çalışdıqları İslam dininə Qurandan heç bir dəlil gətirə bilməmişlər. Dolayısilə, xürafələrinə davamlı saxta hədislərdən dəlil gətirməyə çalışmışlar. Çünki Quran bütün müsəlmanların birləşəcəyi tək yoldur. Allahın sözü olan Quranda bir insan həyatının hər anına ehtiyac olan təməl bilgilərin hamısı vardır.

Allahın Quranda açıqladığı müsəlmanlıq anlayışında insanın dinin hökmlərini qeyd-şərtsiz qəbul etməsi, özünə yalnız Allahı Rəbb olaraq seçməsi, Ondan başqa yol göstərici qəbul etməməsi və bütün həyatı boyu Allahın razı qaldığı şəkildə yaşaması əsasdır.

Yalnız belə bir iman və əxlaq anlayışında insan cəmiyyətin din adından uydurduğu batil inancların və atalarından öyrəndiyi dini bilgilərin ardından getməz. Yəni həm Quranın Allah qatından haqq kitab olduğunu qəbul edib, həm də atalarından qalma Qurana zidd həyat fəlsəfəsinə tabe olmaz. Tək ölçü və yol olaraq yalnız Quranı rəhbər tutar. Çünki Quran bir müsəlman həyatının hər sahəsində yetərli qaynaqdır.