Yas tutmaq haramdır

Yas tutmaq (haşa) Allahın təqdir etdiyi qədərdən razı olmamaqdır. Yas tutmaq (haşa) Allahın yaratdığına üsyandır. Müsəlmanlar bir insanın vəfatına görə yas tutmazlar. Yas tutmaq müsəlmana yaraşmaz. Tam əksinə, sevdiklərinin Allaha qovuşmasından dolayı sevinər və: “İnşaAllah, Allah ondan razı olmuşdur”, -deyə dua edərlər.

Matəm əhval-ruhiyyəsi Quranda “Qoy onlar etdikləri (günahların) cəzası olaraq az gülüb çox ağlasınlar” (Tövbə surəsi, 82) ayəsi ilə Cəhənnəm əhlinin xüsusiyyəti kimi təsvir edilmişdir.

Mömin Allahın yaratdığı qədərə təslim olar. Hər şeydə xeyir və hikmət görməyin gərəkdiyini bilər. Necə ki, Rəbbimiz ayədə belə buyurur:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (yazılı) olmasın. (Hədid surəsi, 22)

Biz, həqiqətən də, hər şeyi qədərlə yaratdıq. (Qəmər surəsi, 49)

Ayədən başa düşüldüyü kimi, ölüm hadisəsi olduqda günlərlə yas tutmaq, gülüb-sevinməmək cahiliyyə adətidir. Müsəlmanlar üçün ölüm dünyadakı imtahanın sona çatması, həqiqi məskən olan axirətə köçmək və hər şeydən önəmlisi sevgili Rəbbimizə qovuşmaqdır. Nəticədə, matəm əhval-ruhiyyəsi İslamda yoxdur. Bu, şirkdir, Allaha üsyandır və haramdır.