Peyğəmbərimiz (səv) bütün suallara Quranla cavab vermişdir

Peyğəmbərimiz hz.Muhəmməd Allahın elçisidir. Allahdan aldığı bilgiləri bizə çatdırmış, əlavələr etmədiyi kimi, hökm də qoymamışdır. Peyğəmbərimiz Qurandan kənar heç bir qaynağı insanlara təqdim etməmiş, yazdırmamış və öyrətməmişdir. Allah bir çox ayə ilə Peyğəmbərimizin yalnız vəhy olunana, yəni Qurana tabe olduğunu bildirmiş və Peyğəmbərimizin Quranın xaricinə çıxmadığını vurğulamışdır.

Sən bir hənif kimi üzünü dinə tərəf çevir!.. (Rum surəsi, 30)

Allah bu ayə ilə Peyğəmbərimizi Quran dininə yönləndirdiyi halda, Peyğəmbərimizin adına çıxarılan müxtəlif rəvayətlərlə müsəlmanları yanlış yola sürükləmək bu Quran ayəsinə görə böyük yanlışlıqdır. Peyğəmbərimiz özünə sual veriləndə belə, mütləq Qurana üz tutmuş və Allahın hökmlərini insanlara bildirmişdir.

Allah bir başqa ayədə iman edənlərə özlərini üzən mövzuda sual verməməyi əmr edir. Çünki hər suala verilən cavab bərabərində yeni hökmlər gətirir. Allah hökmləri yalnız Özü verdiyi üçün bu suallara yenə Quranın cavab verəcəyini bildirir. Bu ayədən də anlaşıldığı kimi, Peyğəmbərimiz sualların cavabını qətiyyən özündən verməmiş, mütləq Qurana baxmışdır.

Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları əfv etdi. Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 101)

Aşağıdakı ayələrdə Peyğəmbərimizə verilən suallara Allahın verdiyi cavabları görəcəksiniz. Dolayısilə, Peyğəmbərimiz ona verilən bütün suallara Qurandan cavab vermiş, qətiyyən özündən hökm verməmişdir. Çünki tək hökm sahibi Allahdır. (Kəhf surəsi, 26)

Səndən yeni doğan aylar barəsində SORUŞURLAR.

DE: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”… (Bəqərə surəsi, 189)

Səndən nə verəcəklərini SORUŞURLAR.

DE: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir”… (Bəqərə surəsi, 215)

Səndən haram ayında vuruşmaq barəsində SORUŞURLAR.

DE: “Bu ayda vuruşmaq böyük günahdır”… (Bəqərə surəsi, 217)

Səndən içki və qumar barəsində SORUŞURLAR.

DE: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”.

Səndən nə xərcləyəcəklərini SORUŞURLAR.

DE: “(Ehtiyacınızdan) artıq qalanını!”… (Bəqərə surəsi, 219)

Səndən yetimlər haqqında SORUŞURLAR.

DE: “Onlara yaxşılıq etmək xeyirlidir”… (Bəqərə surəsi, 220)

Səndən heyz barəsində SORUŞURLAR.

DE: “Bu, əziyyət verici bir haldır”… (Bəqərə surəsi, 222)

Səndən hansı şeylərin halal edildiyini SORUŞURLAR.

DE: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur”… (Maidə surəsi, 4)

Səndən o saat barəsində SORUŞURLAR.

DE: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir”… (Əraf surəsi, 187)

Səndən qənimətlər haqqında SORUŞURLAR.

DE: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”… (Ənfal surəsi, 1)

Səndən ruh haqqında SORUŞURLAR.

DE: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)

Səndən Zülqərneyn barəsində SORUŞARLAR.

DE: “Onun barəsində sizə bir əhvalat danışacağam”. (Kəhf surəsi, 83)

Camaat səndən o saat barədə SORUŞAR.

DE: “Onu ancaq Allah bilər!” (Əhzab surəsi, 63)