Qüsl almaq sadəcə yuyunmaqdır

Quran bizə cünub vaxtı nə etməli olduğumuzu iki kəlmə ilə izah edir. Bunlardan biri “Maidə” surəsində keçən “taharə” kəlməsi, yəni təmizlənmək və digəri isə “Nisa” surəsində keçən “qasalə”, yəni yuyunmaqdır. Hər iki ayədə keçən sözləri araşdırdıqda cəmiyyətdə ümumi olaraq bilinən müəyyən qaydaları olan qüsl almağı deyil, cinsi əlaqədən sonra sadəcə duş almalı olduğumuzu dəqiq anlayırıq.

Əgər cünub olmusunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz! (Maidə surəsi, 6)

Unutmayaq ki, Rəbbimiz bizə asanlıq istər, çətinlik istəməz (Bəqərə surəsi, 185) və bizi asan olana müvəffəq edəcək. (Əla surəsi, 8)