Allah Quranda halal və haramları çox açıq və dəqiq şəkildə bildirmişdir. Allahın fərz buyurduğu hökmlər dolayı izahlarla, anlaşılmayan ifadələrlə deyildir. Halal və haramlar yalnız Qurandadır və Quranda olmayan bir haramın heç bir hökmü yoxdur.
Hökm yalnız Allahındır. (Yusif surəsi, 40)
Möminlərin məsuliyyət daşıdığı və çəkinməli olduğu hər şey Quranda açıq-aydın bildirilmişdir. Hökmlərin tək qaynağı Allahın kitabıdır. Lakin Quranda hər şeyin olmadığını demək aşağıdakı ayəni inkar etmək deməkdir:
Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. (Ənam surəsi, 38)
De: “Şahidlərinizi gətirin, şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar (başqalarını) öz Rəbbinə tay tuturlar. (Ənam surəsi, 150)
Bu ayələrdən də göründüyü kimi müsəlmanın tabe olacağı hökmlər yalnız Qurandadır.