Quranda məzhəb yoxdur 6

Qurana görə dəstəmaz yalnız NAMAZ qılmaq üçündür. Dəstəmazı pozan şeylər yalnız tualet ehtiyacı və cinsi əlaqədir.

Sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmuşsunuzsa, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. (Maidə surəsi, 6)

Bir-birinə tamamilə zidd BİR NEÇƏ DİN əmələ gətirən məzhəblər isə öz seçdiyi hədisləri əsas qəbul etmiş və özlərindən Qurandakı İslama uyğun gəlməyən əlavə hökmlər çıxarmışlar. Qurandan xaric qaynaqlara görə həm dəstəmaz almağın lazım olduğu hallar, həm dəstəmaz qaydaları və həm də dəstəmazı pozan şeylər çoxdur. Halbuki Qurana görə dəstəmazı pozan şeylər yalnız tualet ehtiyacı və cinsi əlaqədir.

Qurandakı İslama uyğun gəlməyən və bir-birinə zidd olan hədislərin qaynaq əmələ gətirdiyi məzhəblər müsəlman dünyasında ayrılıq və təəssüb meydana gətirmişdir. Belə olduğu halda, bir-birindən fərqli və hətta ziddiyyətli yüz minlərlə hədisin mövcudluğu, səhih olması bir qisim hədisçilər arasında da müxalifətə səbəb olmuşdur. Müsəlmanlar öz aralarında ayrılığa düşməz və düşməməlidir. Çünki Quranda bütün müsəlmanların birləşəcəyi TƏK YOL, TƏK AĞIL var. DİNƏ DAİR SUALLARIN TƏK CAVABINI VƏ ANLAŞILMAZLIQLARIN TƏK HƏLLİNİ bizə Quran verir. Hökm Allahındır.

Nəticədə, dəstəmazı pozan hallar Quranda açıq-aşkar verilmişdir. Buna əlavələr etmək ənənəvi-ortodoks din anlayışının məhsuludur. Allah qatında heç bir əsası yoxdur.