Quranda məzhəb yoxdur 3

Qurandakı İslama uyğun gəlməyən və bir-birinə zidd olan məzhəblərdə bir çox halallar haram edilmişdir. Quranda haram yeməklər açıq-aydın bildirildiyi halda, məzhəblər Qurana müxalif davranırlar.

Allah Quranda müsəlmanların halallardan israf etməyəcək şəkildə yeyib-içmələrini buyurmuşdur. Quranda verilən haramlara birlikdə baxaq:

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)

O, sizə ancaq ÖLÜ HEYVANI, QANI, DONUZ ƏTİNİ VƏ ALLAHDAN BAŞQASI ÜÇÜN KƏSİLƏN HEYVANI haram etmişdir. Hər kəs  meyil etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona) (günah gəlməz). Həqiqətən, Allah bağışlayandır, rəhmlidir! (Nəhl surəsi, 115)

Dilinizin uydurduğu yalana əsasən: “Bu, halaldır; o, haramdır!” -deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, ALLAHA QARŞI YALAN UYDURANLAR NİCAT TAPMAZLAR. (Nəhl surəsi, 116)

(Haram olduğu) sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. (Həcc surəsi, 30)

Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. (Maidə surəsi, 96)

Göründüyü kimi, Allah Quranda yalnız dörd haram yemək bildirir. Bu sözlərdən sonra anlaşılmaz bir durum qalmır.