Qurandan kənarda hökm axtaranlar İslam dinini bir çox hissələrə bölüb ayrı-ayrı məzhəb adı altında bir-biri ilə ziddiyyət təşkil edən MÜXTƏLİF DİNLƏR meydana gətirmişlər. Hər məzhəb öz seçdiyi hədisləri əsas qəbul etmişdir. Bu hədislərdən biri belədir:
“Quran oxuduqları halda taraş olanları öldürün”. (4816- Buxari, Müslim, Müvətta, Nəsai, Əbu Davud)
Uydurma hədisin Buxari və Müslim kimi səhih hədislərin də yer aldığı qaynaqlarda olması saxta hədisləri xurafatçıların düşüncəsində əsaslı hala gətirmişdir. Öncəliklə, Quran təmizliyi və baxımlı olmağı təşviq edir. Dolayısilə, saqqalın -uzun və ya qısa olaraq- müxtəlif şəkillərdə taraş edilib düzəldilməsi Qurana tam uyğun təmizlik və baxımlılıq anlayışıdır. Bununla yanaşı, saqqalın taraşı haqqında Quranda TƏK BİR HÖKM belə keçmədiyi halda, uydurma hədis yolu ilə hökm çıxarmaq çox təəccüblüdür.
Bu hökmə görə, müsəlman kişilərin hardasa 80 faizi öldürülməlidir. Əlbəttə, gerçək İslam anlayışında belə bir şey mümkün deyil.
“Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür” (Maidə surəsi, 32) -deyən gözəl dinimizdə saqqalını kəsdiyi üçün bir insanı öldürməyin mümkün olmadığı açıq-aşkardır.
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)