Bütün zinət əşyaları halaldır

Qurana görə halal və haramları yalnız Allah təyin edir. Kişi və qadın olmasından asılı olmayaraq, zinət əşyalarından istifadə həm böyük nemət, həm də estetik baxımdan bir gözəllikdir. Allah bunları qadağan etməmişdir.

Zinət taxmağın haram olduğunu iddia edən ürküdücü məntiq, əslində, xurafatçıların müsəlman kişiyə baxışını göstərir. Halbuki müsəlman bir kişi Allahdan qorxar. Haram olan hərəkətləri çevrəsində qadağan olduğu üçün deyil, Allah istəmədiyi üçün etməz. Müsəlman bir kişi açıq qadın, yaxud bir ovuc muncuq görüb özünü itirən, heyvani instinktlərlə yaşayan varlıq deyil. Bunu iddia etmək müsəlman kişiyə qarşı iftiradır.

Söz mövzusu şərhlər həqiqətdə xurafatçıların yanlış düşüncələrinin anlaşılması üçün çox əhəmiyyətlidir. Xurafatçıların şərhini bir kənara qoyub yalnız Qurana üz tutanda isə cinsindən asılı olmayaraq, zinət əşyalarından istifadə etmək haram deyil, əksinə, böyük nemətdir.