İlk öncə, bilmək lazımdır ki, sünnə Qurandan ayrı olmaz. Sünnə Quranın həyata keçirilməsidir. Allah Quranda insanlara ən doğru yolu göstərmişdir. İslam keyfiyyətsiz din anlayışına qarşıdır. Qurana tabe olan insanlar dünyanın ən ağıllı, ƏN KEYFİYYƏTLİ və ƏN MÜASİR adamlarıdır.
Müsəlmanlar Cənnətdə gözəl geyim, zinət və gözəl evlərlə müjdələnirlər. Allah bunları bu dünyada da vəd etmişdir. Allah ayədə zinət və nemətləri Allahın hökmü olmadan haram edənlərdən bəhs edir və bu nemətlərin dünyada müsəlmanlara aid olduğunu, axirətdə isə yalnız onların olduğunu bildirir:
De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. (Əraf surəsi, 32)
Allah dünya və axirətdə gözəllikləri müsəlmanlara layiq etmişkən, özünə zövqsüz, keyfiyyətsiz və çirkin həyatı layiq görənlər yanlış edirlər.
Müsəlmanlar hz.Muhəmmədin kübarlığı, hz.Yusifin gözəlliyi və hz.Süleymanın yaşadığı ehtişamlı həyatla müjdələnən şəxslərdir. Nemətlərin ən gözəlinə, əlbəttə, müsəlmanlar layiqdir.
Müsəlmanlar keyfiyyətli olmalıdır. Keyfiyyət açıq və ya qapalı geyinməklə, zəngin və ya kasıb olmaqla əlaqəli bir şey deyil. Keyfiyyət nəzakət, nəşə, sevgi, hörmət, həmçinin təmizlik, estetik və müasirlik deməkdir. Keyfiyyət mədəniyyətli, açıq düşüncəli, demokrat, hörmətkar olmaq etməkdir. Dolayısilə, keyfiyyət hər müsəlmanın rahat yaşayacağı, yaşamalı olduğu və Allahın müsəlmanlara layiq gördüyü həyat formasıdır.
Necə ki, Quranda əmr edilən gözəl əxlaq xüsusiyyətlərini üzərində daşıyan hər müsəlman yalnız müasir deyil, həm də çox ağıllı insandır. İstər xarici görünüşü, istərsə də hərəkətləri onun müasir və ağıllı olduğunu göstərir. hz.Muhəmməd dövrümüzdə olsaydı, bu əsrin ən müasiri olduğu dərhal hiss olunardı. Hətta gələcək əsrlərin belə ən müasir insanı olardı.
Allah keyfiyyəti sevir. Müsəlman olaraq biz də keyfiyyəti, mədəniyyəti və müasirliyi sevib yaşamalıyıq.