Qurana əsasən, savaş ancaq müdafiə məqsədli olur

Quranda savaşın nə zaman və necə aparılacağı açıq-aşkardır:

Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)

Savaş ancaq MÜSƏLMANLARA QARŞI SAVAŞANLARA qarşı aparılmalıdır, yəni MÜDAFİƏ məqsədi daşımalıdır. Müsəlmanların qarşı tərəfə səbəbsiz yerə hücum etməsi Quranda qəti surətdə QADAĞAN EDİLMİŞDİR. İslamın yer üzündəki bütün insanlara çatdırılması savaşla deyil, yalnız Quran əxlaqını yaşayıb tövsiyə etməklə olur.

Allah Quranda müsəlmanlara bir topluluq onlara haqsızlıq və təcavüzkarlıq etsə də, həmişə ədalətli olmağı əmr etmişdir. Ayədə belə buyurulur:

Ey iman gətirənlər! Allah xətrinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Müsəlmanlar yer üzündə sülhün, əmin-amanlığın, azadlığın təmin edilməsi üçün cəhd göstərməlidirlər. Quran müsəlmanları bu şəkildə tanıdır.