Quran rəhbərdir. Yalnız xüsusi günlərdə deyil, hər gün, hər gecə, hər saat oxuna bilər. Hər vəziyyətdə- ayaq üstə, oturarkən və uzanmış halda oxuna bilər. İnsanlar Qurani-kərimin təhrif edilmiş tərcümələrinə və xurafatçı düşüncələrə görə əsrlər boyu Qurandan uzaq qalmışdır. Məsələn, insanların çoxu Quranı istədiyi vaxt və istədiyi yerdə əlinə alıb oxuya biləcəyini bilmir. İnsanların böyük qismi Quranın yalnız müəyyən şərtlərdə oxunacağına inanır.
Halbuki bu, böyük yanlışdır. Quran hər zaman və hər vəziyyətdə oxuna bilər. Quran oxunanda bircə şey edilməlidir: şeytandan Allaha sığınmaq.
Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın. (Nəhl surəsi, 98).
Bundan başqa hökm yoxdur.
“Ali-İmran” surəsinin 191-ci ayəsində ayaq üstə olanda, oturanda, uzananda və s. bunun kimi hallarda möminlərin Allahı zikr etdiyi göstərilir.
Allah bizə Quranı zikr olaraq bildirmişdir. Məsələn, “Taha” surəsinin 99-cu ayəsində: “Artıq sənə Öz tərəfimizdən Zikr vermişik”, -buyurulur. Hər iki ayəni birlikdə götürsək, qəti və dəqiq nəticə çıxır ki, Quran ayaq üstə olanda, oturanda, uzananda, yəni hər vəziyyətdə oxuna bilər.
İnsan yaradılış məqsədini, Rəbbimizin rizasını, rəhmət və Cənnətini qazanmağın yollarını, Allahın yaradılış sirlərini, gözəl əxlaqı və daha bir çox şeyi ancaq Qurandan öyrənə bilər. Bu səbəblə, mömin heç bir yerdə Qurandan uzaq qalmamalıdır. Mömin Quranı yatağının başında, kompyuterində, cib telefonunda və s. hər yerdə saxlaya bilər.
Lakin Quranı yalnız müəyyən şərtlərdə oxunmasına çalışanlar isə Qurandakı gerçək İslamla heç bir əlaqəsi olmayan, xurafatçı və şirkə düşmüş insanlardır.