Qurana əsasən, sübh vaxtı Quran oxumaq fərzdir

Müsəlmanın etməli olduğu bütün ibadətlər Qurandadır (Şura surəsi, 13). Allah Quranı ətraflı izah etmiş (Hud surəsi, 1) və ibadət şəkillərini bildirmişdir. Lakin bəzi insanlar Qurandan kənar qaynaqları özünə rəhbər tutub dinə yeni ibadət şəkilləri əlavə ediblər. Halbuki O, heç kəsi öz hökmünə şərik etməz. ( Kəhf surəsi, 26)

Bəziləri də Quranda hökm olaraq bildirilən ibadətləri görməzlikdən gəlib və ya dəyişdiriblər. “İsra” surəsinin 78-ci ayəsi də qulaqardına vurulmuşdur. Ayəyə əsasən, sübh namazından sonra Quran oxunmalıdır. Möminlər Qurandakı heç bir hökmü qulaqardına vurmazlar.