“Qul haqqı ödənmədən günahlar bağışlanmaz” düşüncəsi yanlışdır

Ənənəvi din anlayışına sahib insanlar Allahın əfv etməyəcəyi tək günahın qul haqqı olduğuna inanırlar. Halbuki Allah Quranda təkcə Özünə şərik qoşmağı bağışlamayacağını bildirmişdir.  Allah bu həqiqəti bir Quran ayəsində belə bildirir:

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

Allahdan qorxan insan Allahın razı olmadığı heç bir əməli mənimsəməz. Çünki Allah qorxusu möminin imanını, şövqünü, Allaha olan sevgi və hörmətini artırar. İnsanı Allahın razı olmadığı hərəkəti etməkdən qoruyar. Bu qorxuya sahib olan hər bir hərəkətinin hesabını Allaha verəcəyini bildiyi üçün gözəl davranışlardan vaz keçməz.