Hz.Muhəmmədin əxlaqı Qurandan öyrənilir

“Allahın Elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir” (Əhzab surəsi, 21) ayəsindən hədislərin vacib olduğu hökmü çıxmır.

Əgər bu ayə hədislərin vacib olduğu mənasını verirsə, o zaman aşağıdakı ayə hansı mənanı ifadə edir?

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. (Mümtəhinə surəsi, 4)

O zaman İbrahim peyğəmbərin hədisləri hanı? Hz.Muhəmməd (səv) kimi bütün peyğəmbərlərdə də bizim üçün örnəklər var və Allah bunları Quranda açıqlamışdır.

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir, iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)