(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət onları qırıb zəiflətdikdə kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (belə rəftar edin) (Muhəmməd surəsi, 4)
Bir çox ateist İŞİD-in törətdiyi qətliamlarda yuxarıda verilən ayənin hökmünə əməl etdiyini və İŞİD-in müsəlmanların gerçək düşüncəsini ortaya qoyduğunu iddia edir. İslamın inkarçıların boyunlarını vurmağını əmr edən vəhşi din olduğunu düşünən ateistlər yanılırlar. Çünki ayə doğru tərcümə edildikdə həqiqətin tamamilə başqa olduğu anlaşılır.
Ayədə keçən və “BOYUN” kimi tərcümə edilən söz “RİQAB”dır. RQB kökündən gələn bu kəlmə “göz-qulaq olmaq, qorumaq, nəzarət etmək” mənalarını ifadə edir. Necə ki, Allahın isimlərindən biri ƏR-RAQİBdir. Bu isim Allahın davamlı qoruduğunu və nəzarətdə saxladığını bildirir.
Yenə RQB kökündən törəyən “raqabə” sözü də Quranda keçir: (28-18), (28-21), (44:59), (11:93), (5:117), (50:18), (4:1).
İnternetdə qısa bir araşdırma ilə “raqabə” sözündən bütün Quran məallarında qoruyan mənasında istifadə olunduğunu hamı görə bilər.
Lakin nədənsə, bəzi Quran tərcüməçiləri “Muhəmməd” surəsinin 4-cü ayəsində keçən eyni kəlməni “boyun” kimi tərcümə ediblər.
Halbuki “boyun” kəlməsi ərəbcə “ənəq” sözü ilə ifadə edilir. Bu söz Quranda bu ayələrdə keçir: (17:13), (8:12), (34:33), (38:33), (13:5), (26:4), (36:8), (40:71).
Bu məlumatlardan sonra ayənin düzgün tərcüməsini belə edə bilərik:
(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman qoruma mərkəzlərini vurun. Nəhayət, üstün gəldiyinizdə onları əsir alın. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (belə rəftar edin)… (Muhəmməd surəsi, 4)